Türkiyənin nüfuzlu "Altın Kelebek” mükafatlandırma mərasimində Azərbaycan üzrə qalibin adı açıqlanıb.
AZXEBER.COM xəbər verir ki, müsabiqədə "Azərbaycanın gənc ulduzu” kateqoriyası üzrə də qalib Nahidə Babaşlı olub.
O, çıxışında bildirib:
"Hamıya Azərbaycandan salam gətirdim. Çox sevincliyəm, tikanlı yolun sonu belə bitdi. Ailəmə və mənə dəstək olan hər kəsə təşəkkür edirəm”. - deyə o, çıxışında bildirib.
Qeyd edək ki, Ayaz Babayevlə Çinarə Məlikzadə də "Azərbaycanın gənc ulduzu” kateqoriyası üzrə namizəd idilər.