“Azərbaycandan bura gətirilərkən vəziyyəti çox ağır idi” - Fazil Məmmədovun həkimi danışdı

“Azərbaycandan bura gətirilərkən vəziyyəti çox ağır idi” - Fazil Məmmədovun həkimi danışdı
SOSİAL
12:12 30.06.2018
12532
Xəbər verdiyimiz kimi, sabiq vergilər naziri Fazil Məmmədov səhhətində yaranmış problemlərlə bağlı Türkiyədə "American Hastanesi"nə yerləşdirilib. Hazırda sabiq nazir həmin xəstəxananın professorları Orhan Bilge və Mustafa Keremin nəzarəti altında müalicəsini davam etdirir.

AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a Fazil Məmmədovun türkiyəli həkimi Orhan Bilge onun son durumu ilə bağlı açıqlama verib:

"Hazırda Fazil Məmmədov xəstəxanada müalicəsini davam etdirir. O, Azərbaycanda əməliyyat olduğuna görə, burada onun növbəti əməliyyat keçirməsinə ehtiyac olmadı. Azərbaycandan buraya gətirilərkən vəziyyəti çox ağır idi. Ona ilkin tibbi yardım göstərildikdən sonra, vəziyyəti stabilləşməyə başlayıb. Onun nə zaman xəstəxanadan buraxılacağını deyə bilmərəm. Fazil Məmmədovun müalicəsi ən azı bir-iki ay davam edəcək. O, pankreatit xəstəliyinin ağır formasından əziyət çəkdiyi üçün davamlı müalicə alması zəruridir”.

Həmçinin, Orhan Bilge F.Məmmədovun səhhətinin yaxşı olduğunu və narahatlığa ehtiyac olmadığını bildirib.
OXŞAR XƏBƏRLƏR