Azərbaycandan ‘Eurovision’la bağlı saxtakarlıq iddiası - CƏDVƏL

Azərbaycandan ‘Eurovision’la bağlı saxtakarlıq iddiası -  CƏDVƏL
MƏDƏNİYYƏT
12:28 15.05.2014
3002

Avropa Yayım Birliyi mayın 10-da Danimarkanın Kopenhagen şəhərində baş tutan Eurovision-ın finalında səsvermənin nəticələrini açıqlayıb. Bu nəticələrə görə, Azərbaycan təmsilçisi Dilarə Kazımova 22-ci yeri tutub.

D. Kazımovanın mətbuat xidmətindən AZXEBER.COM-a daxil olan açıqlamada bildirilir ki, münsiflərin və tamaşaçıların verdiyi xallar ayrı-ayrılıqda göstərilib ki, bu da rəylərdə olan fərgi görməyə və yekun nəticələrin hesablanma məntiqini şübhə altına qoymağa imkan verir. 37 ölkənin hörmətli peşəkar münsifləri Azərbaycan təmsilçisini Dilarə Kazımovanı çox yüksək dəyərləndirib və onu 8-ci yerə layiq görüb, nəticədə isə o, 22-ci yeri tutdu. Eurovision 2014-də həqiqətdə nə baş verib?

“Dilarənin mahnısı «Start a Fire» müsabiqə başlamamışdan əvvəl jurnalistlər, fanlar və bukmeykerlər tərəfindən yaxşı qarşılanmışdı. Finala qədər Dilarə və onun kompozisiyası bukmeykerlərin proqnozlarına görə TOP-12-də Eurovision saytlarına əsasən isə TOP-5-də yer alırdı.

Finalda isə Azərbaycan son dərəcə uğursuz üçüncü nömrə altında çıxış edirdi və görünür ki, bu sesverməyə öz təsirini göstərdi. 2013 ildən ifaçıların çıxış etmə nömrəsini yerli müsabiqə təşkilatçıları müəyyan edir, halbu ki, hələ Bakıda keçirilən Eurovision 2012-də təmsilçilər püşk atma ilə finaldakı çıxış nömrəsini və öz aqibətlərini müəyyən edirdilər.

Münsiflər Dilarəni layiqli 8-ci yerdə qərarlaşdırdılar, lakin tamaşaçılar onu 21-ci yerə qoydular. Sonra isə inanılmaz bir şey baş verdi – münsiflərdən 8-ci, tamaşaçılardan isə 21-ci yerə layiq görülmüş Dilarə Kazımova nəyəsə görə 22-ci yerdə oldu. Bununla yanaşı 21-ci yerdə Dilarə qədər xall toplayan İtaliya təmsilçisi qərarlaşıb.

Azərbaycan yeni sistemin tətbiqindən zərər görən yeganə dövlət deyil. Belə ki, Polşa təmsilçiləri Donatan & CleoBöyük Britaniya tamaşaçıları tərəfindən birinci yerə layiq görülmüşdü, münsiflər isə onu axırıncı yerdə gördülər. Nəticədə isə, yeni qaydalara uyğun olaraq, Polşa Böyük Britaniyadan bircə dənə də olsun xall görmədi. Belə çıxır ki, tamaşaçıların rəyinə laqeyd yanaşıldı.

Başqa bir anlaşmazlıq Norveçlə bağlı oldu. Bu ölkənin təmsilçisi tamaşaçıların səsverməsinə görə 17-ci yerdə, münsiflərin verdiyi xallara əsasən isə 9-cu yerdə, Dilarə Kazımovadan bir pillə aşağıda qərarlaşmışdı. Yekun cədvəlda o, 8-ci yerdə oldu. 

Eurovision finalında səsvermənin yekun cədvəli – TOP-10

Eurovision finalında səsvermənin yekun cədvəli – TOP-10

Münsiflərin səsverməsi

Tamaşaçıların səsverməsi

Finalın yekun nəticəsi

1

Avstriya– 224xall

Avstriya– 311xall

Avstriya– 290xall

2

Niderland– 203xall

Niderland– 222xall

Niderland– 238xall

3

İsveç– 201xall

Ermənistan– 193xall

İsveç– 218xall

4

Macarıstan– 138xall

İsveç– 190xall

Ermənistan– 174xall

5

Ermənistan– 125xall

Polşa– 162xall

Macarıstan– 143xall

6

Malta– 119xall

Rusiya– 132xall

Ukrayna– 113xall

7

Finlandiya– 114xall

İsveçrə– 114xall

Rusiya– 89xall

8

Azərbaycan– 108xall

Ukrayna– 112xall

Norveç– 88xall

9

Norveç– 102xall

Rumıniya– 103xall

Danimarka– 74xall

10

Danimarka– 85xall

OXŞAR XƏBƏRLƏR