Azərbaycandan olan zəvvarlar üçün Həcc ziyarətinin qiymətləri açıqlanıb
MAQAZİN
15:50 07.03.2013
1668
Bu il azərbaycanlı zəvvarlar üçün Həcc ziyarətinin qiymətləri məlum olub. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, otellərin xərclərindən asılı olaraq ziyarət xərclərinin qiyməti iki variantda təklif olunur.Nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən otellərdə qalanlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan otellərdə qalmaq istəyənlər üçün ümumi xərc isə 4100 manatdan ibarətdir. Həcc ziyarətinə səfərlər ancaq təyyarə ilə baş tutacaq, Suriyada baş verən hadisələr ilə əlaqədar olaraq bu il zəvvarlar üçün avtobuslarla səfər edə bilməyəcəklər.