Azərbaycandan qayıdan erməni ailəsinə qarşı cinayət işi başlandı - FOTOLAR

DÜNYA
03:44 10.03.2015
1451

Ermənistanın Milli Təhlükəsizlik Xidməti vaxtilə könüllü şəkildə Azərbaycana təslim olmuş, sonra isə Ermənistana qayıtmış Gevorkyanlar ailəsinə qarşı cinayət işi qaldırıb. Musavat.com erməni KİV-ə istinadən xəbər verir ki, cinayət işi CM-nin 329-ci maddəsinin 1-ci hissəsi üzrə (müvafiq sənədlər və icazə olmadan Ermənistan sərhədini keçmək) qaldırılıb. 

Bu maddə maksimum 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. İş üzrə Yeqişe və Ruzanna Gevorkyanlar müttəhim qismində keçirlər. 

Xatırladaq ki, Gevorkyanlar 2010-cu ildə 3 uşaqla Azərbaycan tərəfinə təslim olublar. Ailənin başçısı o vaxt Ermənistanda cinayət işi üzrə təhqiqata cəlb edilmişdi. 2014-cü ilin dekabrında ailə Qırmızı Xaçın vasitəçiliyi ilə vətəninə qayıdıb. 

Musavat.com 

OXŞAR XƏBƏRLƏR