Azərbaycandan Rusiyanın bu şəhərinə də uçuşlar dayandırılır

Azərbaycandan Rusiyanın bu şəhərinə də uçuşlar dayandırılır
09:42 16.03.2020
1608
Azərbaycan hökuməti yanında operativ qərargahın təhlükəsizlik tədbirlərinə əsasən, Rusiyanın bəzi şəhərləri ilə hava əlaqəsi dayandırılıb.

TASS-ın xəbərinə görə, bu tədbirlər koronavirusun yayılmasının qarşısını almaq üçün nəzərdə tutulub.

Azərbaycan Hava Yolları tərəfindən Bakı-Ufa-Bakı reysi ilə uçuşlar martın 17-dən etibarən dayandırılır.

Ufa ilə yanaşı, Kazan, Surqut, Mineralnıye Vody, Krasnoyarsk və Yekaterinburqa da uçuşlar ləğv edilib/
 
///Oxu.az
OXŞAR XƏBƏRLƏR