Azərbaycandan sonra daha bir ölkədə 'Diktatora' qadağa qoyuldu
MARAQLI
10:56 02.06.2012
2496
Larri Çarrlzin ssenarisi əsasında çəkilmiş “Diktator” filminin nümayişi Qazaxıstanda da qadağan edildi. AZXEBER.COM “Rusiya mətbuatına istinadən xəbər verir ki, komik aktyor Saşa Baron Koennin baş rolda oynadığı bu ekran əsəri iki həftəlik nümayişdən sonra kinoicarələrdən çıxarılıb. Qeyd edək ki, filmin təqdimatı Rusiya və Orta Asiya respublikalarında mayın 17-də olmuşdu. Türkmənistan və Tacikistan, ümumiyyətlə, “Diktator”dan tam imtina etmişdi. Özbəkistanda isə ixtisar edilmiş qaydada filmin 83 dəqiqəsindən 71 dəqiqəsi göstərilib.