Azərbaycandan vaxt istəyən Paşinyan niyə mövqeyini dəyişdi? - Ceyhun Bayramov AÇIQLADI - VİDEO

Azərbaycandan vaxt istəyən Paşinyan niyə mövqeyini dəyişdi? - Ceyhun Bayramov AÇIQLADI - VİDEO
SİYASƏT
23:45 07.11.2025
297
"Prezident İlham Əliyevlə Nikol Paşinyanın ilk təması 28 sentyabr 2018-ci ildə Düşənbədə olub. MDB dövlət və hökumət başçısları sammitində Azərbaycan və Ermənistan liderləri arasında əvvəlcədən planlaşdırılmayan qeyri-formal bir görüş baş tutub".

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İctimai Televiziyada yayımlanan "Təmas xətti" verilişində İkinci Qarabağ müharibəsi dövründə aparılan danışıqların detallarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, ilk görüşdə Paşinyan Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məsələsinə çox konstruktiv yanaşıb, lakin hakimiyyətə yeni gəldiyini bildirərək problemin həlli istiqamətində hər hansı addımlar atmaq üçün vaxta ehtiyacı olduğunu deyib. Təxminən 6 ay sonra Vyanada keçirilən görüşdə isə Ermənistanın baş naziri mövqeyini tam dəyişib.

"Paşinyan açıq şəkildə qeyd edib ki, mən bu məsələni həll edə bilmirəm və həll etməyəcəyəm. O, maraqlı bir arqument də gətirib ki, əgər bunu etsəm, məni öldürərlər. Hətta cənab Prezidentə belə bir ritorik sual da verib: "Siz istəyirsiniz ki, məni öldürsünlər?" Cənab Prezident isə bildirib ki, heç bir halda kiminsə öldürülməsini istəmir, ancaq bu, Azərbaycan torpaqlarının işğal altında qalmaqda davam etməlidir anlamına gəlmir", - deyə nazir xatırladıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

OXŞAR XƏBƏRLƏR