Azərbaycanı "Eurovision"da təmsil edəcək olan Diana kimdir? - 18+ FOTO

Azərbaycanı "Eurovision"da təmsil edəcək olan Diana kimdir? - 18+ FOTO
MAQAZİN
15:16 05.12.2016
21623
Xəbər verdiyimiz kimi, Azərbaycanı "Eurovison-2017" müsabiqəsində Diana Hacıyeva adlı müğənni təmsil edəcək.
 
AZXEBER.COM Diana ilə bağlı kiçik araşdırma aparıb.
 
Diana 1989-cu ildə Bakı şəhərində anadan olub. Uşaqlıqdan musiqi ilə məşğul olub. Fortepiano dərsləri alıb və caz musiqisi ilə maraqlanıb. "Bəri bax" musiqi kollektivində çalışıи. 2006-cı ildə Bakı şəhərində 16 saylı orta məktəbi bitirib. Bundan sonra Bakı Musiqi Akademiyasına daxil oluи. "Xor dirijorluğu" peşəsinə yiyələniи. Bu illər ərzində caz ilə professional şəkildə məşğul olmağa başlayıb. Hazırda Bakı Caz Mərkəzində çalışır.
 
2010-cu ildə Diana Hacıyeva 2011 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil etmək üçün milli seçimlərə qatılıb. Təsnifatı keçən Diana 77 iştirakçının yer aldığı yarımfinallarda 6-cı yarimfinalda yer alır. 20-24 dekabr arasında çıxış edən Diana Hacıyeva sonda 7 xal toplayır və qrupda 4-cü yeri tutur. 2011-ci ildə Diana Hacıyevanın "Find Yourself" adlı debüt klipi çəkilib.
 
Diana həmçinin sosial şəbəkələrdə də maraqlı paylaşımlarla yadda qalıb. Belə ki, o tez-tez içki məclislərindən fotolar paylaşır. 
 
AZXEBER.COM Diananın fotolarını təqdim edir: 
 





 

 

OXŞAR XƏBƏRLƏR