Azərbaycanı "Eurovision"da təmsil etmək istəyən kişi qadın səsi ilə oxudu (VİDEO)

Azərbaycanı "Eurovision"da təmsil etmək istəyən kişi qadın səsi ilə oxudu (VİDEO)
ŞOU-BİZNES
14:10 30.12.2011
2323

Azərbaycanda "Eurovision-2012" mahnı müsabiqəsinin milli seçim turlarının 5-ci həftəsində maraqlı hadisə baş verib.

AZXEBER.COM-un məlumatına görə, ölkəmizi yarışmada təmsil etmək arzusunda olan Amerika vətəndaşı olan keçmiş bakılı Yan Kaş dünənki çıxışında "I will survive" mahnısını qadın səsi ilə oxuyub. Yanın fərqli ifa ilə tamaşaçıları təəccübləndirmək istəyi gülüşlə qarşılanıb. Hətta aparıcı Leyla Əliyeva da səhnəyə çıxaraq gülərək iştirakçıya ciyiltili səslə müraciət edib. Yan isə bunu çox normal qarşılayıb və qadın səsi ilə oxumasına heç bir izah vermədən səhnədən gedib.

Bütün bunlara baxmayaraq Yan Kaş səsvermə nəticəsində günün 4-cüsü olub. Qeyd edək ki, 5-ci həftədə finala çıxmaq uğrunda Azad Şabanov, Elton İbrahimov, Samir Məmmədov, Günay Əhmədova, Elnarə Kazımova, Süleyman Ağakişiyev, Fidan Hüseynova, Aydın Eyvazzadə və Yan Kaş mübarizə aparır.
OXŞAR XƏBƏRLƏR