Azərbaycanı İƏT-in qeyri-rəsmi zirvə toplantısında səfir təmsil edəcək

SİYASƏT
10:43 11.11.2024
89
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Dövlətləri Liqasının (ƏDL) Ər-Riyadda keçiriləcək qeyri-rəsmi zirvə görüşündə səfir səviyyəsində təmsil olunacaq.

Bu barədə AZXEBER.COM-un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iclasda Azərbaycanın Səudiyyə Ərəbistandakı səfiri Şahin Abdullayev iştirak edəcək.

Qeyd edək ki, toplantıda Yaxın Şərqdəki vəziyyətin müzakirə ediləcəyi gözlənilir.

OXŞAR XƏBƏRLƏR