Azərbaycanı silkələyən güclü zəlzələlər – İnsan tələfatı, dağıntılar…

Azərbaycanı silkələyən güclü zəlzələlər – İnsan tələfatı, dağıntılar…
SOSİAL
13:08 07.02.2023
1270
Zaman-zaman insanlar dünyada güclü zəlzələlərə şahidlik edir. Yeraltı təkanlar bugünədək xeyli sayda dağıntıya, insan tələfatına səbəb olub.

Elə ölkəmizdə də müxtəlif vaxtlarda, müxtəlif ərazilərdə güclü zəlzələlər baş verib. Həmin zəlzələlərdə daha güclü və daha çox tələfata səbəb olanlar da var.

AZXEBER.COM ölkəmizdə baş verən güclü zəlzələlərin bir neçəsi haqda xatırlatma edir.

1139-cu ildə baş verən 6.3 bal gücündəki Gəncə zəlzələsi - Güclü təkan nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib və Göygöl, Maralgöl, Ceyrangöl, Ördəkgöl, Zalugölü, Ağgöl, Qaragöl və Şamlıgöl yaranıb.

1667-cil ildə 6.9 bal gücündəki Şamaxı zəlzələsi xeyli tələfata səbəb olmuşdu. Zəlzələ nəticəsində 80 min insan dünyasını dəyişmişdi. Bu zəlzələ Azərbaycan tarixində ən dəhştli zəlzələ kimi qeyd edilir.

1669-cu ildə 5.7 bal gücündəki Şamaxı zəlzələsi - Zəlzələ nəticəsində 7 min insan dünyasını dəyişmişdi.

Şamaxı zəlzələsi, 1828-ci il 5.7 bal gücündə - Bu zəlzələdə ölən və yaralananlar haqda dəqiq məlumat yoxdur.

1859-cu ildəki 5.9 bal gücündə Şamaxı zəlzələsi - Zəlzələ nəticəsində Şamaxı şəhəri tamamilə dağımışdı. Zəlzələ nəticəsində 100 nəfər dünyasını dəyişmişdi. 

Şamaxı zəlzələsi, 1872-ci il, 5.7 bal gücündə - Zəlzələ zamanı şəhərdə ciddi dağıntılar baş vermişdi

1902-ci ildəki 6.9 bal gücündə növbəti Şamaxı zəlzələsi də ağır fəsadlara səbəb olmuşdu. Zəlzələ zamanı şəhərin 2.000 nəfərdən artıq sakini həlak olub, minlərlə insan yaralanıb. 20.000 nəfərədək əhali evsiz-eşiksiz qalıb.

1999-cu ildəki 5.4 bal gücündə Ağdaş zəlzələsi - Zəlzələ nəticəsində 100-dən çox ev dağılıb, çoxlu sayda ev isə qəzalı vəziyyətə düşüb.

2000-ci ildə Bakıda baş verən 6.8 bal gücündəki zəlzələ də tələfata səbəb olmuşdu. Zəlzələ nəticəsində onlarla tikili dağıldı, 30 nəfər dünyasını dəyişdi.

2012-ci ildə 5.6 bal gücündəki Zaqatala zəlzələsi - Tikililərdə dağıntılar olsa da, insan tələfatı olmamışdı.

2019-cu il fevralın 5-də yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 kilometr cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ oldu. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss edildi. Həmin zəlzələlərdə insan tələfatı olmasa da, tikililərə müxtəlif ziyanlar dəymişdi.

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR