AZXEBER.COM xəbər verir ki, yarışın beşinci günündə kişi boksçular arasında finalçılar bəlli olub.
Azərbaycan millisinin 11 idmançısı adını həlledici görüşə yazdırıb. Onlardan səkkizi 4 çəkidə bir-biri ilə qarşılaşacaq.
Yarımfinalda məğlub olan Zidan Hümbətov, Məhəmmədəli Qasımzadə, Sərxan Əliyev, Səidcəmşid Cəfərov, Rasim Çobanlı, Həsən Osmanlı, Murad Allahverdiyev və Səbuhi Əlizadə turniri bürünc medalla başa vurublar.
Qeyd edək ki, Boks Mərkəzində 10 ölkənin iştirakı ilə keçirilən Böyük İpək Yolu beynəlxalq turnirində final döyüşləri aprelin 7-də, saat 13:00-da başlayacaq.










































