Azərbaycanın 20 ildir axtardığı cinayətkar tapıldı - Başqasının pasportu ilə...

KRİMİNAL
14:57 09.02.2018
2133

İyirmi ildir Rusiyada başqa adla gizlənən Azərbaycandan olan cinayətkar dəstənin lideri Moskvada saxlanılıb.

Cənubi Qafqazdan olan 49 yaşlı şəxs Azərbaycanda törətdiyi soyğun, adam oğurluğu və banditizmə görə beynəlxaq axtarışa verilmişdi. 

O, SSRİ vətəndaşı olmuş birinin pasportundan istifadə edərək 1997-ci ildən bəri cinayət məsuliyyətindən yayınıb. Hüquq-mühafizə orqanları müəyyən ediblər ki, bu adda və əlamətlərdə Azərbaycanda yaşayan şəxs tamamilə başqa biridir. 

Həmin şəxsin kirayə qaldığı evdə axtarış aparılan zaman İJ-70 döyüş tapançası, "Brauninq”, 23 patron, həmçinin Qazaxıstan vətəndaşının saxta pasportu tapılıb. 

***

Rusiya hüquq-mühafizə orqanlarından APA-nın Moskva müxbirinə bildirilib ki, saxlanılan şəxs Azərbaycan vətəndaşı, 1969-cu il təvəllüdlü Akif Rüstəmovdur.

 

qafqazinfo


 

OXŞAR XƏBƏRLƏR