Azərbaycanın 3 komandası eyni gündə Türkiyəyə yollanacaq

Azərbaycanın 3 komandası eyni gündə Türkiyəyə yollanacaq
İDMAN
18:05 03.01.2023
307
Azərbaycan Premyer Liqasının 3 komandası yanvarın 4-də təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq.

"Qarabağ”, "Neftçi” və "Qəbələ” qış hazırlığını Antalyada keçirəcəklər.

Ayın 23-dək qonşu ölkədə qalacaq "Qarabağ” üç yoxlama görüşü keçirəcək. Yanvarın 15-də "Poqon”u (Polşa) sınaqdan keçirəcək Premyer Liqanın lideri üç gün sonra iki matçda iştirak edəcək. Rəqiblər "Çukariçki” (Serbiya) və "Rakuv” (Polşa) olacaq.

Ötən mövsümün gümüş mükafatçısı "Neftçi” yanvarın 20-dək məskunlaşacağı Belek bölgəsində 4 qarşılaşma keçirməyi planlaşdırır. İlk oyun yanvarın 10-da "Vaşaş”a (Macarıstan) qarşı baş tutacaq. Beş gün sonra müvafiq olaraq "Medz Leqnisa” (Polşa) və "Baçka Topola” (Serbiya) ilə üz-üzə gələcək "ağ-qaralar” toplanışı ayın 19-da Serbiya təmsilçisi "Srvena Zvezda”ya qarşı matçla yekunlaşdıracaqlar.

Yanvarın 17-dək Türkiyə hazırlaşacaq "Qəbələ” isə iki oyunda qüvvəsini sınayacaq. "Qırmızı-qaralar” əvvəlcə ayın 12-də "Sepsi” (Rumıniya), bundan dörd gün sonra isə "Teplitse” (Çexiya) ilə üz-üzə gələcəklər.

Qeyd edək ki, Premyer Liqanın iki klubu "Zirə” və "Səbail” təlim-məşq toplanışı üçün Türkiyəyə gediblər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sumqayıtda 70 yaşlı qadın sirkə turşusunu içərək ölüb
23:31 02.05.2025
Sumqayıtda 70 yaşlı qadın sirkə turşusunu içərək ölüb
Əhalinin nəzərinə: Maaş sistemində vacib dəyişiklik olacaq
22:47 02.05.2025
Əhalinin nəzərinə: Maaş sistemində vacib dəyişiklik olacaq
“Traktor” vaxtından əvvəl İran çempionu olub
22:27 02.05.2025
“Traktor” vaxtından əvvəl İran çempionu olub
Pakistan səfiri: Hindistan dövlət səviyyəsində terrorçuluqdan istifadə edir
22:13 02.05.2025
Pakistan səfiri: Hindistan dövlət səviyyəsində terrorçuluqdan istifadə edir
Bir evdən dörd tabut çıxdı - Valideynlər yaşadıqları ağrını danışdılar - VİDEO
21:55 02.05.2025
Bir evdən dörd tabut çıxdı - Valideynlər yaşadıqları ağrını danışdılar - VİDEO
Adnan Oktar iki cinayətdən bəraət aldı: "Qadınların mənə olan sevgisi çox qısqanıldı"
21:33 02.05.2025
Adnan Oktar iki cinayətdən bəraət aldı: "Qadınların mənə olan sevgisi çox qısqanıldı"
Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə Ermənistanla normallaşmanı müzakirə edib
21:24 02.05.2025
Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə Ermənistanla normallaşmanı müzakirə edib
Aİ missiyasının müşahidəçisi İrəvanda ölü tapılıb
21:12 02.05.2025
Aİ missiyasının müşahidəçisi İrəvanda ölü tapılıb
Almaniya ifrat sağçı AfD partiyasını "ekstremist" elan edib
21:05 02.05.2025
Almaniya ifrat sağçı AfD partiyasını "ekstremist" elan edib
Məzahir Pənahovun oğlu arvadına işgəncə verib - Ağır ittihamlar
20:42 02.05.2025
Məzahir Pənahovun oğlu arvadına işgəncə verib - Ağır ittihamlar
Tramp Harvard Universitetini vergidən azad statusundan məhrum etməyi planlaşdırır
20:31 02.05.2025
Tramp Harvard Universitetini vergidən azad statusundan məhrum etməyi planlaşdırır
Aqata Musenize ikinci dəfə ərə gedir - FOTO
20:20 02.05.2025
Aqata Musenize ikinci dəfə ərə gedir - FOTO
"Real" Modriç və Vaskeslə müqavilənin müddətini iki həftə uzatmaq niyyətindədir
20:09 02.05.2025
"Real" Modriç və Vaskeslə müqavilənin müddətini iki həftə uzatmaq niyyətindədir
Məşhur aktyor zəlzələyə görə İstanbulu tərk etdi
19:59 02.05.2025
Məşhur aktyor zəlzələyə görə İstanbulu tərk etdi
"Ən yaxşı ailə elə müğənnilərdədir" - Zamiq
19:48 02.05.2025
"Ən yaxşı ailə elə müğənnilərdədir" - Zamiq
Ərdoğan: Türkiyə təbii qaz və neft kəşfiyyatı sahəsində qlobal aktora çevriləcək
19:37 02.05.2025
Ərdoğan: Türkiyə təbii qaz və neft kəşfiyyatı sahəsində qlobal aktora çevriləcək