Azərbaycanın 6 cüdoçusu medal qazandı

Azərbaycanın 6 cüdoçusu medal qazandı
İDMAN
20:54 11.10.2025
280
Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Açıq Asiya Turniri start götürüb.

AZXEBER.COM xəbər verir ki, yarışın ilk günündə 6 cüdoçumuz medalçılar sırasında yer alıb.


Tofiq Məmmədov (-66 kiloqram) və Gültac Məmmədəliyeva (-52 kiloqram) bütün rəqiblərinə qalib gələrək beynəlxalq yarışın qalibi olub.

Hüseyn Allahyarov (-60 kiloqram) ilə Ülviyyə Bayramova (-57 kiloqram) gümüş medala yiyələniblər. Elşən Əsədov (-66 kiloqram) və İbrahim Əliyev (-73 kiloqram) millimizin aktivinə bürünc medal yazdırıblar.

Açıq turnirə milli komandamız 25 cüdoçu ilə qatılıb.
OXŞAR XƏBƏRLƏR