‘Azərbaycanın ABŞ-dan gözləntiləri və istəkləri var’ - Səməd Seyidov

‘Azərbaycanın ABŞ-dan gözləntiləri və istəkləri var’ -  Səməd Seyidov
Siyasət
11:45 16.02.2015
2515

Bu gün Azərbaycan Milli Məclisində "Azərbaycan-ABŞ münasibətləri: insan hüquqları, enerji və təhlükəsizlik məsələləri kontekstində" mövzusunda dinləmələr keçirilir.Trend-in məlumatına görə, dinləmələrdə çıxış edən Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Azərbaycanın ABŞ-dan gözləntiləri və istəkləri var. Xüsusilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ABŞ səylərini daha çox artırmalıdır.S.Seyidov qeyd edib ki, Azərbaycan-ABŞ münasibətləri strateji əlaqələrə əsaslanır və bu istiqamətdə inkişaf edir: "Azərbaycan-ABŞ münasibətləri 1994-cü ildən yeni mərhələyə qədəm qoyub. "Əsrin müqaviləsi"nin imzalanması və buna ovaxtkı ABŞ Prezidenti Bill Klintonun dəstək verməsi Birləşmiş Ştatların Azərbaycana hansı önəm verdiyini göstərirdi. Bu müqavilə regionun iqtisadi-siyasi xəritəsini çəkdi. 2001-ci ildə ABŞ-da terror hadisələrindən sonra ABŞ-Azərbaycan münasibətləri daha bir yeni mərhələyə qədəm qoydu. Azərbaycan ABŞ-la birgə bütün gücünü terrora qarşı mübarizəyə yönəltdi. Azərbaycan hərbçiləri ABŞ hərbçiləri ilə çiyin-çiyinə terrorizmə qarşı birgə döyüşür".

Millət vəkili deyib ki, bu gün Azərbaycanın terrora qarşı mübarizədə öz logistik imkanlarını ortaya qoyaraq ABŞ-a xüsusi bir dəstək göstərdiyini nəzərə alsaq, bu, bizim münasibətlərin nə dərəcədə əhəmiyyətli olmasına dəlalət edir: "Təbii ki, belə yüksək səviyyədə formalaşmış münasibətlərlə yanaşı, Azərbaycanın ABŞ-dan öz gözləntiləri var və bu gözləntilər içərisində ən əsası ABŞ-ın bizim işğal altındakı torpaqlarımıza, Dağlıq Qarabağa olan münasibətidir".

Onun sözlərinə görə, bu gün ABŞ-ın ATƏT-in Minsk qrupu çərçivəsində fəaliyyəti yalnız həmin münaqişə ilə bağlı deyil, o cümlədən ABŞ-Azərbaycan münasibətlərinə ciddi təsir edən amildir: "Bu prosesləri bir-birindən ayırmaq heç də düzgün olmazdı. Vaxtilə məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü altında həmin Minsk qrupunun tərkibinə ABŞ-ın daxil olması ilə bağlı böyük bir fəaliyyət aparılmışdı ki, bu Minsk qrupunun daxilində obyektivlik, balanslaşdırılmış, düzgün siyasət daha qabarıq şəkildə özünü göstərsin. Bununla yanaşı, biz ABŞ-dan Azərbaycana selektiv yanaşmanın, ikili standartların aradan qaldırılması istiqamətində çox ciddi fəaliyyət gözləyirik. Azərbaycan beynəlxalq təşkilatlarda, xüsusilə BMT-də, ATƏT-də və digər vacib təşkilatlarda özünə münasibətdə beynəlxalq qanunun bərqərar olması istiqamətində ABŞ-ın rolunu, əhəmiyyətini, təsirini də gözləməkdədir".Qeyd edək ki, dinləmələrdə millət vəkilləri, qeyri-hökumət təşkilatlarının, müxalifət partiyalarının rəhbərləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak edirlər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib
19:13 09.08.2025
İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib
Hakan Fidan: Zəngəzur dəhlizi türk dünyasını Avropa ilə birləşdirəcək
19:01 09.08.2025
Hakan Fidan: Zəngəzur dəhlizi türk dünyasını Avropa ilə birləşdirəcək
NATO Azərbaycan və Ermənistan arasında barışığı alqışlayır
18:45 09.08.2025
NATO Azərbaycan və Ermənistan arasında barışığı alqışlayır
Rusiya XİN Azərbaycan və Ermənistan liderlərinin ABŞ danışıqlarını şərh edib
18:26 09.08.2025
Rusiya XİN Azərbaycan və Ermənistan liderlərinin ABŞ danışıqlarını şərh edib
Ersin Tatar sülh yolunda atılan tarixi addıma görə Prezident İlham Əliyevi təbrik edib
18:21 09.08.2025
Ersin Tatar sülh yolunda atılan tarixi addıma görə Prezident İlham Əliyevi təbrik edib
İlham Əliyev Ərdoğanla ABŞ səfərini müzakirə etdi
18:11 09.08.2025
İlham Əliyev Ərdoğanla ABŞ səfərini müzakirə etdi
Abşeronda evlərdən oğurluq edən 3 nəfər saxlanılıb
18:06 09.08.2025
Abşeronda evlərdən oğurluq edən 3 nəfər saxlanılıb
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
17:50 09.08.2025
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
17:40 09.08.2025
Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
17:25 09.08.2025
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
17:15 09.08.2025
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
16:52 09.08.2025
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
16:32 09.08.2025
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
16:12 09.08.2025
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
15:51 09.08.2025
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
Bakıda it oğurlayan şəxs həbs edildi
15:39 09.08.2025
Bakıda it oğurlayan şəxs həbs edildi