Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən “MoveUP” təşəbbüsü

Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən “MoveUP” təşəbbüsü
İQTİSADİYYAT
14:55 07.09.2026
657

Qafqazın ilk tam inteqrasiya olunmuş ekosistemi olan Bir-in təşəbbüsü və sənaye liderlərinin birgə təsisçiliyi ilə "MoveUP” icması yaradıldı. Yeni qeyri-kommersiya icması Azərbaycanda rəqəmsal inkişafı sürətləndirməyi və ölkənin texnoloji potensialının güclənməsinə dəstək olmağı hədəfləyir.

Bir, "Azerconnect Group”, "Azercell”, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (IDDA), "Unibank” və Türkiyənin "Innovance” kimi aparıcı maliyyə, texnologiya və telekommunikasiya şirkətlərinin ortaq təsisçiliyi ilə yaradılan platformanın əsas məqsədi birgə əməkdaşlıq vasitəsilə ölkənin rəqəmsal iqtisadiyyatını inkişaf etdirmək və Azərbaycanın qlobal rəqabət qabiliyyətini gücləndirməkdir.

"MoveUP” icması texnologiya peşəkarlarını, akademik dairələri və sənaye tərəfdaşlarını bir araya gətirərək, ortaq çağırışların müzakirəsi və onların həlli üçün əməkdaşlıq mühiti yaradır. Təşəbbüs beynəlxalq təcrübənin paylaşılmasına, yerli peşəkarların inkişafına, süni intellektin (AI) tətbiqinin sürətləndirilməsinə və bu sahədə yeni yanaşmaların formalaşmasına imkan yaradacaq.

Təsisçilərin birgə bəyanatında bildirilir: "Azərbaycanın rəqəmsal sektorunun gələcəyi yalnız güclü şirkətlərdən deyil, həm də güclü peşəkar icmadan asılıdır. "MoveUP” fərdlərin və təşkilatların bir-birindən öyrənəcəyi, təcrübə mübadiləsi aparacağı və birlikdə inkişaf edəcəyi bir məkan yaratmaq deməkdir”.

İlk "MoveUP” tədbiri icmanın fəaliyyətinə start verdi

Açılış tədbirində təsisçi üzvlər, o cümlədən Bir-in rəhbər heyətinin üzvləri, "MoveUP”ın Azərbaycanın texnoloji inkişafındakı rolundan danışıblar. Çıxışlarda icmanın yerli texnologiya ekosistemi ilə beynəlxalq təcrübə arasında körpü yaradacağı, aparıcı şirkət və peşəkarları Azərbaycanın Qafqazın texnologiya mərkəzinə çevrilməsi kimi ortaq məqsəd ətrafında birləşdirəcəyi vurğulanıb.

Tədbirdə çıxış edən Bir nümayəndələri həmçinin, "MoveUP”ın gənc istedadların süni intellekt və yeni texnologiyalar üzrə bacarıqlarını inkişaf etdirməsinə, eləcə də qlobal texnologiya icması ilə əlaqələr qurmasına imkan yaradacağı qeyd olunub.

"MoveUP” icmasına qoşulmaq üçün: moveup.az 

Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.

Daha ətraflı: bir.az 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Oğlunun məzarını ziyarət edərkən faciəvi şəkildə öldü
15:17 23.10.2026
Oğlunun məzarını ziyarət edərkən faciəvi şəkildə öldü
“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”
15:15 23.10.2026
“Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam...”
“Əsas müttəfiqiniz Mehriban xanımdır” - Xalq rəssamından Prezidentə
15:12 23.10.2026
“Əsas müttəfiqiniz Mehriban xanımdır” - Xalq rəssamından Prezidentə
Kart, yoxsa nağd pul? – Vətəndaşlar hansı ödəniş üsuluna üstünlük verir? – VİDEOSORĞU
15:08 23.10.2026
Kart, yoxsa nağd pul? – Vətəndaşlar hansı ödəniş üsuluna üstünlük verir? – VİDEOSORĞU
Boşanma, aliment, əmlak bölgüsü… – Vəkillər ailə məhkəmələrində ən çox hansı mübahisələrlə üzləşir?
15:04 23.10.2026
Boşanma, aliment, əmlak bölgüsü… – Vəkillər ailə məhkəmələrində ən çox hansı mübahisələrlə üzləşir?
Kənan Kərimzadə Özbəkistanda qlobal sammitdə iştirak edib
15:01 23.10.2026
Kənan Kərimzadə Özbəkistanda qlobal sammitdə iştirak edib
Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident
14:50 23.10.2026
Həmişə çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident
Hövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır - FOTO
14:42 23.10.2026
Hövsan Yarış Kompleksi FIFA U-15 Dünya Çempionatına tam hazırdır - FOTO
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batdı - ölən var
14:26 23.10.2026
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batdı - ölən var
Liposaksiya əməliyyatı faciə ilə bitdi: 46 yaşlı qadın öldü
14:01 23.10.2026
Liposaksiya əməliyyatı faciə ilə bitdi: 46 yaşlı qadın öldü
“Azərbaycanda 500-ə yaxın hindistanlı tələbə təhsil alır”
13:57 23.10.2026
“Azərbaycanda 500-ə yaxın hindistanlı tələbə təhsil alır”
Zaur Rzayevin vəziyyəti açıqlandı
13:44 23.10.2026
Zaur Rzayevin vəziyyəti açıqlandı
Kaysa Ollonqren: Aİ Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək niyyətindədir
13:25 23.10.2026
Kaysa Ollonqren: Aİ Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək niyyətindədir
Bu zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq
13:21 23.10.2026
Bu zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq
67 şəhər və rayon öz xərclərini özü qarşılayacaq: Bu əhalinin rifahına necə təsir edəcək?
13:20 23.10.2026
67 şəhər və rayon öz xərclərini özü qarşılayacaq: Bu əhalinin rifahına necə təsir edəcək?
Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq
12:52 23.10.2026
Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq