Azərbaycanın AŞ-ın Yerli və Regional Hakimiyyətlər Konqresindəki nümayəndə heyəti bəyanat yaydı

Azərbaycanın AŞ-ın Yerli və Regional Hakimiyyətlər Konqresindəki nümayəndə heyəti bəyanat yaydı
SİYASƏT
23:00 27.10.2023
512
Avropa Şurasının (AŞ) Yerli və Regional Hakimiyyətlər Konqresinin oktyabrın 26-da Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı qəbul etdiyi bəyannamədə ölkəmizə qarşı əsassız ittihamları və qərəzli münasibəti qətiyyətlə rədd edirik.

AZXEBER.COM AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Azərbaycanın Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresindəki nümayəndə heyətinin bəyanatında yer alıb.

Azərbaycan nümayəndə heyəti bəyanatda bildirir ki, ölkəmizin Avropa Şurasına üzv olduğu uzun müddət ərzində Azərbaycan ərazilərinin 20 faizi Ermənistanın işğalı altında olmuş, bir milyona yaxın azərbaycanlı Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində məcburi köçkünə çevrilib. Lakin ötən dövrdə bu məsələlər Konqresdə heç vaxt xüsusi olaraq müzakirə olunmayıb, beynəlxalq hüququn kobud şəkildə pozulması və onun humanitar nəticələri ilə bağlı açıq şəkildə heç bir mövqe ortaya qoyulmayıb. Bundan başqa, 2020-ci ildən sonrakı postmünaqişə dövründə Azərbaycanın üzləşdiyi humanitar problemlərə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə yüzlərlə yaşayış məntəqələrinin tamamilə dağıdılmasına, ərazilərin kütləvi şəkildə minalarla çirklənməsinə və bütün bunların azərbaycanlı məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasına təsirinə diqqət yetirilməyib:

"Bütün bunların fonunda Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Azərbaycanın öz suveren ərazilərində qeyri-qanuni erməni silahlı birləşmələrinin mövcudluğundan irəli gələn təhlükəsizlik təhdidinin aradan qaldırılması məqsədilə 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərini təhrif edən bəyannamə qəbul etməsi dərin təəssüf doğurur. Bundan başqa, Azərbaycanın regionda davamlı sülhün bərqərar olması və Qarabağ bölgəsinin erməni sakinlərinin reinteqrasiyası istiqamətində göstərdiyi ardıcıl səylər, habelə Ermənistanın həmin səyləri sarsıtmağa yönəlmiş təxribatçı fəaliyyəti Konqresin bu bəyannaməsində lazımi səviyyədə tanınmamışdır.

Bu baxımdan, Konqresi Azərbaycana qarşı məkrli siyasi kampaniyaya sürükləməsini və ölkəmizlə bu qurum arasında konstruktiv əməkdaşlığa xələl gətirməsini məsuliyyətsizlik hesab edirik. Azərbaycan nümayəndə heyəti olaraq, ölkəmizə qarşı göstərilən bu ədalətsiz yanaşmanı tam şəkildə rədd edir və Konqresi regionumuzda sülh prosesi ilə bağlı lazımi ehtiyatlı davranış sərgiləməyə və ciddi şəkildə öz mandatı çərçivəsində hərəkət etməyə çağırırıq”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Göygöldə “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” mövzusunda konfrans keçirildi - FOTOLAR
17:07 06.10.2026
Göygöldə “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” mövzusunda konfrans keçirildi - FOTOLAR
Bakının 6 rayonunda su kəsiləcək
16:38 06.10.2026
Bakının 6 rayonunda su kəsiləcək
Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU
16:37 06.10.2026
Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU
Britaniyalı nazir: Azərbaycanla əməkdaşlıqda AI və data mərkəzləri yeni istiqamətlərdən olacaq
16:33 06.10.2026
Britaniyalı nazir: Azərbaycanla əməkdaşlıqda AI və data mərkəzləri yeni istiqamətlərdən olacaq
1870 tələbə ödənişsiz bakalavr təhsili alacaq - RƏSMİ
16:29 06.10.2026
1870 tələbə ödənişsiz bakalavr təhsili alacaq - RƏSMİ
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
16:13 06.10.2026
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
16:10 06.10.2026
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
15:55 06.10.2026
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
15:33 06.10.2026
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
15:18 06.10.2026
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU
15:14 06.10.2026
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU
“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
15:12 06.10.2026
“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA
15:08 06.10.2026
Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
14:59 06.10.2026
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
Avropa Parlamentində Fransaya sərt ittiham: “Uşaqlar şikəst edilir”
14:57 06.10.2026
Avropa Parlamentində Fransaya sərt ittiham: “Uşaqlar şikəst edilir”
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı
14:50 06.10.2026
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı