Azərbaycanın “Avroviziya 2023”də iştirakı təsdiqləndi

Azərbaycanın “Avroviziya 2023”də iştirakı təsdiqləndi
MAQAZİN
15:50 17.10.2022
256
İctimai Televiziya və Radio Yayımları Şirkəti Azərbaycanın "Avroviziya 2023”də iştirakını təsdiqləyib.

İTV-nin Mərkəzi Aparat rəhbərinin müavini Ələsgər Vəliyev AZXEBER.COM-a bildirib ki, 2023-cü ildə Böyük Britaniyada keçiriləcək Avroviziya Mahnı Müsabiqəsində Azərbaycan da təmsil olunacaq.

Beləliklə, Azərbaycan qarşıdan gələn Avroviziya Mahnı Müsabiqəsində iştirakını indiyədək təsdiqləyən ölkələrin siyahısına qoşulur.

Qeyd edək ki, sonuncu dəfə 2022-ci ildə Turində keçirilən Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı gənc müğənni Nadir Rüstəmli "Fade to Black” mahnısı ilə təmsil edib.
OXŞAR XƏBƏRLƏR