Azərbaycanın axtardığı şəxs sərhəddə tutuldu

SOSİAL
12:19 19.10.2019
7379
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhə­dinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanun­suz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat-axtarış tədbirləri da­vam etdirilir.

DSX-dən AZXEBER.COM-a bildirilib ki, 16 oktyabr 2019-cu il tarixdə Füzuli rayonunun Bala-Bəhmənli kəndi yaxın­lığında yer­lə­şən sərhəd zastavasının xidməti ərazisində, İran İslam Respublikasından Azərbaycan Respublikası isti­qa­mətində dövlət sərhədini pozmuş Cəbrayıl rayon sakini 1990-cı il təvəllüdlü Quluzadə Müşfiq Mehman oğlu saxlanılmışdır. İlkin araşdırma zamanı sərhəd pozucusunun 2017-ci ildə rəsmi qaydada ölkə ərazi­sini tərk edərək İran İslam Respublikasına get­məsi, ba­rəsində cinayət işinin aparıl­ması və 2017-ci ildən etibarən Azərbaycan Respub­lika­sının hüquq-mühafizə orqanla­rı tərəfindən axtarışda olması müəyyən­ləş­diril­miş­dir.

17 oktyabr 2019-cu il tarixdə "Astara" dövlət sərhədindən buraxılış məntə­qə­sində İran İslam Respublikasından Azər­bay­can Respublikasına gələn İİR və­tən­daşları 1985-ci il təvəllüdlü Bahonar Bastak Abad Salah Salehin və 1992-ci il təvəllüdlü Yousefkikani Şirzad Aminin üzərinə sərhəd və gömrük baxışı keçiri­lərkən, daxili orqanlarından 630 qram narkotik vasitə aşkar olunaraq götürül­müşdür. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin digər iştirakçılarının müəy­yən­ləş­di­ril­məsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin əmək­daşlarının birgə keçirdikləri əməliy­yat-axtarış tədbirləri nəticəsində İran vətəndaşlarını qarşılayan AR vətəndaşı Astara rayonunun Ərçivan kənd sakini 1969-cu il təvəllüdlü Cavadov Qadir Adil oğlu şübhəli şəxs qismində saxlanılmışdır.

18 oktyabr 2019-cu il tarixdə Xaçmaz rayonu Yalama kəndi yaxınlığında yer­lə­şən sərhəd zastavasının xidməti ərazisində Rusiya Federasiyasından Azər­­baycan Respub­likası isti­qa­mətində dövlət sərhədini pozmuş Bakı şəhər sa­ki­ni 1993-cü il təvəl­lüdlü Bayramov Kamran Vidadi oğlu saxlanılmışdır. Araş­dır­ma zamanı sərhəd pozu­cu­sunun ba­rəsində cinayət işinin aparıl­ması və 2012-ci il­dən etibarən Azərbaycan Respub­lika­sının hüquq-mühafizə orqanla­rı tərəfindən ax­tarışda olması müəyyən­ləş­diril­miş­dir.

Hər 3 cinayət faktı ilə bağlı aidiyyəti üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:51 12.07.2020

Azərbaycan - Ermənistan sərhədindəki düşmən təxribatı Türkiyə mətbuatında - VİDEO

19:38 12.07.2020

“Bütün məsuliyyət Ermənistanın üzərinə düşür” - Xarici İşlər Nazirliyindən açıqlama

19:28 12.07.2020

AzTv şəhidlərimizə görə konsert proqramını təxirə saldı

18:55 12.07.2020

Müdafiə Nazirliyi: “Hər hansı ərazi itkisinə yol verilməyib”

18:45 12.07.2020

Prezidentin köməkçisindən cəbhədəki ən son vəziyyətlə bağlı - AÇIQLAMA

18:24 12.07.2020

Məşhur aktrisa və qızı koronavirusa yoluxdu

17:56 12.07.2020

Azərbaycanda COVID-19-la bağlı aparılan testlərin sayı 568 mini ötdü

17:38 12.07.2020

Azərbaycanda daha 520 nəfər COVID-19-a yoluxub, 8 nəfər vəfat edib

17:28 12.07.2020

Azərbaycan ordusu düşməni geri çəkilməyə məcbur etdi: İki nəfər şəhid oldu, beş yaralı var - RƏSMİ

16:55 12.07.2020

Qazaxda minik avtomobili TIR-a çırpılıb, xəsarət alanlar var

16:20 12.07.2020

Müdafiə Nazirliyi: Ermənistanla sərhəddə döyüş gedir, hər iki tərəfdən itki var

16:12 12.07.2020

Hafiz Paşayevin həyat yoldaşı vəfat etdi

15:55 12.07.2020

Mehriban Əliyeva Bəhram Bağırzadə ilə telefonla danışdı

15:36 12.07.2020

Nura aztəminatlı ailələrə yardım edəcək: Reklam üçün deyil

15:07 12.07.2020

İstanbul klubu dünya səviyyəli futbolçu transfer edir

14:58 12.07.2020

“Namaz qılıram, ibadətlə məşğulam” - Keçmiş nazir