Azərbaycanın basketbol millisi Ermənistanı məğlub edib

İDMAN
17:27 09.07.2024
185
Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda ilk matçına çıxıb.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu yığma Ermənistan komandası ilə üz-üzə gəlib.

Cəbəllütariqdəki qarşılaşma millimizin qələbəsi ilə bitib - 86:59.

U-16 növbəti oyununu iyulun 10-da Gürcüstan, 11-də isə Kipr kollektivlərinə qarşı keçirəcək.

OXŞAR XƏBƏRLƏR