3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Qəbələ mərhələsində Azərbaycan millisi növbəti matçına çıxıb.
"Report"un məlumatına görə, yığmamız A qrupunun görüşləri çərçivəsində Portuqaliya ilə üz-üzə gəlib.
Qarşılaşma komandamızın 13:21 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, turnirin açılış qarşılaşmasında yığmamız "Baku Fleyms" klubuna 21:6 hesabı ilə qalib gəlib.
Günün digər görüşlərində bu nəticələr qeydə alınıb: Polşa 21:14 "Barselona Panthers", Portuqaliya 13:12 "Warsaw Lotto" (Polşa), İtaliya 20:11 Rumıniya, "Baku Fleyms" 5:21 "Warsaw Lotto", "Barselona Panthers" 21:15 Rumıniya.