Azərbaycanın bəzi rayonlarında güclü sel və dolu fəsadlar törətdi - VİDEO

Azərbaycanın bəzi rayonlarında güclü sel və dolu fəsadlar törətdi - VİDEO
SOSİAL
22:59 19.05.2024
213
Güclü sel Tovuzun ucqar dağ kəndlərindən olan Çeşməlidə fəsadlar törədib.

Kənddən keçən Əsrik çayına sel gəlib. Nəticədə çayətrafı əkin sahələri və evlərin həyətyanı sahələri su altında qalıb. Torpaq qatının yuyulması evlərin təməlinə bir metr məsafəyə qədər yaxınlaşıb. Sakinlər mövcud problemin həlli istiqamətində aidiyyəti qrumlara müraciət ediblər.

Vəziyyətlə bağlı Tovuz Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər”ə verilən məlumata görə, həmin evlərin sakinlərinə dəfələrlə xəbərdarlıq edilib ki, evlərinizi təbii fəlakətlərə qarşı icbari sığorta elətdirin. Lakin əksər vətəndaşlar müraciətlərə səhlənkar yanaşdıqları üçün bu gün təbii fəlakətin ziyanlarını qarşılamaq müşkül məsələyə çevrilir. Hazırda zərərçəkmiş şəxslərin bir neçəsinə yenidən kənd icra nümayəndəliyi tərəfindən icbari sığorta üçün arayışlar təqdim edilir. Bu da növbəti belə halın təkrarlanacağı halda dəyəcək ziyanın qarşılanması istiqamətində atılan addımlardan biri kimi dəyərləndirilir. Zərərçəkmiş şəxslərin Fövqəladə Hallar Nazirliyinə müraciəti əsasında araşdırma aparılacağı  da vurğulanıb.

İsmayıllı rayonuna yağan dolu isə təsərrüfatın ayrı-ayrı sahələrinə ziyan vurub.

Dünən saat 17:30 radələrində İsmayıllı şəhərinə və ətraf kəndlərə güclü küləklə müşayiət olunan dolu düşüb. Talıstan və Diyallı kəndinə təxminən 5 dəqiqə yağan dolu əkin sahələrinə, meyvə bağlarına, evlərin dam örtüyünə ziyan vurub, Talıstan kəndinə elektrik verilişi dayanıb. Külək bir neçə ağacı aşırıb, bəzi tikililərin dam örtüyünü qoparıb, elektrik naqilləri və rabitə xətləri qırılıb. Kəndin bəzi məhəllələrini sel suları basıb.
Quba-Xaçmaz avtomobil yolunda isə sel suları avtomobillərin hərəkətinə çətinlik yaradıb. Qısamüddətli leysan yağışları zamanı Bakı-Quba-Rusiya ilə sərhəddə olan ödənişli avtomobil yol qovşağı sel suları ilə dolub. Əraziyə polis əməkdaşları cəlb olunub, aidiyyəti qurumlara məlumat verilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Belqradda etirazçıların sayı 100 mini ötüb
04:13 16.03.2025
Belqradda etirazçıların sayı 100 mini ötüb
ABŞ ordusu Yəməndə genişmiqyaslı əməliyyata başladığını elan edib
02:13 16.03.2025
ABŞ ordusu Yəməndə genişmiqyaslı əməliyyata başladığını elan edib
ABŞ və Britaniyanın Yəmənə endirdiyi hava zərbələri nəticəsində 9 nəfər ölüb
00:13 16.03.2025
ABŞ və Britaniyanın Yəmənə endirdiyi hava zərbələri nəticəsində 9 nəfər ölüb
ABŞ-də fırtına və tornadolar tüğyan edir: Ölənlər və yaralananlar var
23:59 15.03.2025
ABŞ-də fırtına və tornadolar tüğyan edir: Ölənlər və yaralananlar var
Latakiyada güclü partlayış baş verib, ölənlər var
23:51 15.03.2025
Latakiyada güclü partlayış baş verib, ölənlər var
Zəngəzur dəhlizinin Türkiyə hissəsi ilə bağlı qarşıdakı aylarda işlərə başlanacaq
23:35 15.03.2025
Zəngəzur dəhlizinin Türkiyə hissəsi ilə bağlı qarşıdakı aylarda işlərə başlanacaq
Makron: Avropa Rusiyanın razılığı olmadan Ukraynaya qoşun yeridə bilər
23:20 15.03.2025
Makron: Avropa Rusiyanın razılığı olmadan Ukraynaya qoşun yeridə bilər
ABŞ ordusu Trampın əmri ilə Yəməndə husilərin hədəflərinə irimiqyaslı zərbələr endirib
22:54 15.03.2025
ABŞ ordusu Trampın əmri ilə Yəməndə husilərin hədəflərinə irimiqyaslı zərbələr endirib
Leyla Əliyeva uşaqları ziyarət etdi - Fotolar
22:34 15.03.2025
Leyla Əliyeva uşaqları ziyarət etdi - Fotolar
Lənkəranda 3 yaşlı uşağı elektrik cərəyanı vurub - FOTOLAR
22:09 15.03.2025
Lənkəranda 3 yaşlı uşağı elektrik cərəyanı vurub - FOTOLAR
Azərbaycan cüdoçusu Avropa Kubokunda qızıl medal qazanıb
21:32 15.03.2025
Azərbaycan cüdoçusu Avropa Kubokunda qızıl medal qazanıb
Macarıstan Bakı və İrəvan arasında Sülh Sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır
21:21 15.03.2025
Macarıstan Bakı və İrəvan arasında Sülh Sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır
Sumqayıtda liposaksiya əməliyyatı etdirən 34 yaşlı qadın ölüb
21:05 15.03.2025
Sumqayıtda liposaksiya əməliyyatı etdirən 34 yaşlı qadın ölüb
Cəlilabad meyitxanasına gətirilən 34 yaşlı kişinin ölmədiyi məlum olub
20:41 15.03.2025
Cəlilabad meyitxanasına gətirilən 34 yaşlı kişinin ölmədiyi məlum olub
Moskvada qeyri-rəsmi görüş keçirən Putin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidentinə zəng ediblər
20:26 15.03.2025
Moskvada qeyri-rəsmi görüş keçirən Putin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidentinə zəng ediblər
Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli barəsində axtarış elan edilib
20:13 15.03.2025
Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli barəsində axtarış elan edilib