Azərbaycanın bəzi rayonlarında qaz təchizatında problem yaranıb

Azərbaycanın bəzi rayonlarında qaz təchizatında problem yaranıb
SOSİAL
23:25 10.12.2022
254

"Respublika ərazisində hava şəraitinin kəskin soyuması səbəbindən İmişli, Quba, Qusar, Lerik, Astara rayonları ərazisində bəzi kəndlərin qaz təchizatında fasilə yaranıb”.

"Azəriqaz” İB-dən AZXEBER.COM-a verilən məlumata görə, SOCAR "Azəriqaz" İB-nin Qəza-bərpa xidmətinin əməkdaşları bu rayonlara ezam olunub.

"Abonentlərin soyuq havada fasiləsiz qazla təmin olunmaları üçün Birlik bütün imkanlarını səfərbər edib. Kəskin hava şəraiti işin intensiv aparılmasına mane olur, amma buna baxmayaraq qazı kəsilən 5000 abonentin probleminin həlli istiqamətində ciddi addımlar atılır”, - deyə məlumatda bildirilib.

OXŞAR XƏBƏRLƏR