Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Səmərqənddə “Lazgi” adlı baletə baxıb

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Səmərqənddə “Lazgi” adlı baletə baxıb
SİYASƏT
23:51 10.11.2022
293
Noyabrın 10-da Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, Macarıstanın Baş nazirinin xanımı Aniko Levai Səmərqənd şəhərində Həmid Alimcan adına Səmərqənd Musiqili Dram Teatrında "Lazgi” adlı baletə baxıblar.

AZXEBER.COM xəbər verir ki, 2019-cu ildən UNESCO-nun Hökumətlərarası Komitəsi "Lazgi-Xarəzm rəqsi”ni bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edib. Xarəzm torpağında yaranmış "Lazgi” rəqsi təbiətdəki səs və təzahürləri, sevgi və xoşbəxtlik hisslərinin hərəkətlərdə təcəssümüdür.

Hazırda "Lazgi” Özbəkistanın bütün regionlarında populyardır. Tamaşanın xoreoqrafı Berlin Milli Operası yanındakı balet məktəbinin məzunu Raul Raymondo Rebekdir. Rebekin Koreya Respublikasının "Universal Ballet” truppası üçün qurduğu "Bəyaz röya” birpərdəli tamaşası ötən il Astanada Avrasiya müasir rəqs festivalında maraqla qarşılandıqdan sonra "Lazgi” balet tamaşasının quruluşu da məhz ona həvalə edilib.

Bu rəqsə həsr olunan balet tamaşası Özbəkistan rəqs ənənələrini beynəlxalq mədəni mühitdə yaymağa kömək edir. Bu məqsədlə də ölkənin qeyri-maddi irsini tanıtmaq və özbək baletini məşhurlaşdırmaq üçün əsərin xarici ölkələrdə nümayişi nəzərdə tutulur.

Qeyd edək ki, hazırda "Lazgi”nin nümayiş olunduğu Həmid Alimcan adına Səmərqənd Musiqili Dram Teatrı Özbəkistanın ən böyük teatrlarından biridir. Görkəmli özbək şairi, yazıçısı və dramaturqu Həmid Alimcanın adını daşıyan teatr 1914-cü ildə rus, özbək və tacik aktyorları və rəssamları tərəfindən yaradılıb.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Putin: Rusiya şirkətlərinə və fiziki şəxslərə qarşı 28 595 sanksiya tətbiq edilib
19:54 18.03.2025
Putin: Rusiya şirkətlərinə və fiziki şəxslərə qarşı 28 595 sanksiya tətbiq edilib
Tacikistan parlamenti Qırğızıstanla sazişi ratifikasiya edib
19:41 18.03.2025
Tacikistan parlamenti Qırğızıstanla sazişi ratifikasiya edib
"Kimsə məni bəyənmirsə, bu həmin adamın problemidir" - Kərim
19:30 18.03.2025
"Kimsə məni bəyənmirsə, bu həmin adamın problemidir" - Kərim
HƏMAS kompromisə getməyəcəyini bəyan edib
19:19 18.03.2025
HƏMAS kompromisə getməyəcəyini bəyan edib
Rusiyalı hokkeyçi anasını tarixin ən yaxşı qadın idmançısı adlandırıb
19:10 18.03.2025
Rusiyalı hokkeyçi anasını tarixin ən yaxşı qadın idmançısı adlandırıb
Ermənistanın ədliyyə naziri: Yeni Konstitusiya sülh və təhlükəsizliyə töhfə verməlidir
18:58 18.03.2025
Ermənistanın ədliyyə naziri: Yeni Konstitusiya sülh və təhlükəsizliyə töhfə verməlidir
XİN rəhbəri: Ukrayna bu il müharibəni bitirmək istəyir
18:46 18.03.2025
XİN rəhbəri: Ukrayna bu il müharibəni bitirmək istəyir
Suqovuşanda məscid istifadəyə verildi - FOTOLAR
18:41 18.03.2025
Suqovuşanda məscid istifadəyə verildi - FOTOLAR
"Milan"ın müdafiəçisi cari mövsümün sonunda klubu tərk edə bilər
18:35 18.03.2025
"Milan"ın müdafiəçisi cari mövsümün sonunda klubu tərk edə bilər
Gələn il "Oskar" mükafatının veriləcəyi tarix açıqlandı
18:21 18.03.2025
Gələn il "Oskar" mükafatının veriləcəyi tarix açıqlandı
Ukrayna XİN: Münaqişənin 2025-ci ildə başa çatacağına ümid edirik
18:08 18.03.2025
Ukrayna XİN: Münaqişənin 2025-ci ildə başa çatacağına ümid edirik
İsrail Suriyanın artilleriya vasitələrinə hava zərbəsi endirib
17:52 18.03.2025
İsrail Suriyanın artilleriya vasitələrinə hava zərbəsi endirib
QHT sədri ATƏT-də Ermənistanın mina terrorunu və dezinformasiya siyasətini ifşa etdi - FOTOLAR
17:45 18.03.2025
QHT sədri ATƏT-də Ermənistanın mina terrorunu və dezinformasiya siyasətini ifşa etdi - FOTOLAR
“Azərsun Holdinq”in təşəbbüsü ilə ilk dəfə gənclər arasında marketinq müsabiqəsi keçirilib - FOTOLAR
17:43 18.03.2025
“Azərsun Holdinq”in təşəbbüsü ilə ilk dəfə gənclər arasında marketinq müsabiqəsi keçirilib - FOTOLAR
Naftalanda Şəhid ailələri ilə birgə Novruz tonqalı yandırılıb - FOTOLAR
17:25 18.03.2025
Naftalanda Şəhid ailələri ilə birgə Novruz tonqalı yandırılıb - FOTOLAR
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
17:08 18.03.2025
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi