Azərbaycanın BMT-də məruzəsi təqdim edildi

Azərbaycanın BMT-də məruzəsi təqdim edildi
SİYASƏT
23:33 24.04.2024
294
23-24 aprel 2024-cü il tarixlərində Cenevrə şəhərində BMT-nin İşgəncə əleyhinə Komitəsinin 79-cu sessiyası çərçivəsində "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya” üzrə Azərbaycanın 5-ci dövri məruzəsinin təqdimatı keçirilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda məlumat verilib.

Bildirilib ki, Tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Nazir müavini çıxış edərək, Azərbaycanın BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd edib, son dövrlərdə ölkəmizdə həyata keçirilmiş məhkəmə islahatları, eləcə də Konvensiyadan irəli gələn öhdəliklərin həyata keçirilməsi sahəsində digər mütərəqqi addımlar barədə Komitə üzvlərini ətraflı məlumatlandırıb.

Nazir müavini öz çıxışında Azərbaycanın Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının 30 il davam edən Ermənistan işğalından azad edilməsindən sonra ilk dəfə ölkənin bütün ərazisində tərəf olduğu beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri həyata keçirəcəyini və hüquq qaydasını tam təmin edə biləcəyini bəyan edib.

Bundan başqa, S.Sərifov Azərbaycan hökuməti tərəfindən qanunvericilik islahatlarının dərinləşdirilməsi, o cümlədən yeni informasiya texnologiyalarının tətbiqı ilə bağlı görülmüş tədbirlər, habelə insan hüquqları və əsas azadlıqları mövzusunda hüquq-mühafizə orqanları əməkdaşları üçün təşkil edilmiş çoxsaylı yerli və xarici təlimlər, seminarlar və tədris proqramları barədə geniş məlumat verib.
Qeyd edilənlərlə yanaşı, Komitə üzvləri məhkəmə-hüquq sisteminin müstəqilliyinin təmin edilməsi, ədliyyə sisteminin modernləşdirilməsi, penitensiar infrastrukturunun təkmilləşdirilməsi, məhkümlara keyfiyyətli tibb xidmətlərinin göstərilməsi, cəza siyasətinin humanistləşdirilməsi üzrə görülən tədbirlər, alternativ cəzaların tədbiqi, insan alveri və məişət zorakılığı ilə mübarizə, uşaq hüquqlarının təmin edilməsi, o cümlədən uşaqlara qarşı zorakılığın bütün formalarının aradan qaldırılması sahəsində qəbul edilmiş milli fəaliyyət planları və dövlət proqramları barədə məlumatlandırılaraq, Komitə üzvləri tərəfindən qaldırılan suallar dolğun şəkildə cavablandırılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İmişlidə qalmaqallı hadisədən sonra Ağsaqqallar Şurasına yeni sədr seçildi
14:15 21.05.2025
İmişlidə qalmaqallı hadisədən sonra Ağsaqqallar Şurasına yeni sədr seçildi
Ramiz Rövşən: " Nəzakət Teymurova dinlədiyim tək xanəndələrdəndir"
14:12 21.05.2025
Ramiz Rövşən: " Nəzakət Teymurova dinlədiyim tək xanəndələrdəndir"
Məhkəmə Azər Qasımlı ilə bağlı qərar verdi
14:11 21.05.2025
Məhkəmə Azər Qasımlı ilə bağlı qərar verdi
ABŞ-də erməni mütəşəkkil cinayətkar dəstənin 13 üzvü saxlanıldı
14:01 21.05.2025
ABŞ-də erməni mütəşəkkil cinayətkar dəstənin 13 üzvü saxlanıldı
Müstəqillik Gününə həsr olunmuş konsert keçiriləcək
13:48 21.05.2025
Müstəqillik Gününə həsr olunmuş konsert keçiriləcək
DGK ölkəyə idxalın kəskin artmasının səbəbini AÇIQLADI
13:46 21.05.2025
DGK ölkəyə idxalın kəskin artmasının səbəbini AÇIQLADI
Şavkat Mirziyoyev: Türk Dövlətlərinin birgə universitetinin yaradılması planlaşdırılır
13:31 21.05.2025
Şavkat Mirziyoyev: Türk Dövlətlərinin birgə universitetinin yaradılması planlaşdırılır
Ərdoğan: İlham Əliyev bölgəyə sülhü gətirəcək lider olaraq tarixə düşəcək
13:29 21.05.2025
Ərdoğan: İlham Əliyev bölgəyə sülhü gətirəcək lider olaraq tarixə düşəcək
Bakıda avtobusdakı insidentin TƏFƏRRÜATI: Ailədaxili münaqişə zəminində baş verib
13:27 21.05.2025
Bakıda avtobusdakı insidentin TƏFƏRRÜATI: Ailədaxili münaqişə zəminində baş verib
"Məktəblərdə çəkilişə icazə vermirlər, elə bil nə isə törədəcəyik" - Aktyor etiraz etdi
13:24 21.05.2025
"Məktəblərdə çəkilişə icazə vermirlər, elə bil nə isə törədəcəyik" - Aktyor etiraz etdi
Bakıda Sağlamlıq Mərkəzinin direktoru kimlərdən rüşvət alıb? –FAKTLAR
13:22 21.05.2025
Bakıda Sağlamlıq Mərkəzinin direktoru kimlərdən rüşvət alıb? –FAKTLAR
Lavrov: "3+3" formatında üçüncü görüş hazırlanır
13:07 21.05.2025
Lavrov: "3+3" formatında üçüncü görüş hazırlanır
İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edir
13:05 21.05.2025
İlham Əliyev Budapeştdə TDT-nin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak edir
Mirzoyan: Azərbaycanla sülh sazişinin tezliklə imzalanması mümkündür
13:01 21.05.2025
Mirzoyan: Azərbaycanla sülh sazişinin tezliklə imzalanması mümkündür
Kral ailəsi "Bağ şənliyi"ndə iştirak edib - FOTOLAR
12:57 21.05.2025
Kral ailəsi "Bağ şənliyi"ndə iştirak edib - FOTOLAR
Azərbaycanlı gənc Mayamidə faciəvi şəkildə öldü
12:45 21.05.2025
Azərbaycanlı gənc Mayamidə faciəvi şəkildə öldü