BMT-nin Azərbaycandakı rezident-koordinatoru Vladanka Andreyeva və BMT-nin Azərbaycandakı agentlik rəhbərləri Füzuli hava limanı ilə tanış olublar.
AZXEBER.COM Report-a istinadla xəbər verir ki, onlar Füzuli hava limanına təyyarə ilə gəliblər.
Qonaqlar hava limanı ilə tanışlıqdan sonra "Zəfər Yolu” ilə Şuşaya səfər edəcəklər.
Xatırladaq ki, bu gün Şuşada Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyi qeyd olunacaq.