Azərbaycanın bu rayonunda su kəsiləcək

Azərbaycanın bu rayonunda su kəsiləcək
SOSİAL
10:34 08.09.2022
195
Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Astara şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.

Bu barədə AZXEBER.COM-a "Azərsu” ASC-dən bildirilib.

Hazırda "Azərsu” ASC-nin briqadası və texnikası qəza yerində işləyir. Qəza aradan qaldırıldıqdan sonra şəhərə suyun verilişi bərpa olunacaq.

Narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.
OXŞAR XƏBƏRLƏR