Bu ilin yanvar-fevral aylarında Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsinin dəyəri 215 milyon ABŞ dolları təşkil edib.
AZXEBER.COM Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 dəfə çoxdur.
Son 1 ildə Azərbaycanın Böyük Britaniyaya ixracının dəyəri 64 dəfə artaraq 73,8 milyon ABŞ dollarına, bu ölkədən idxalının dəyəri isə 3,6 dəfə artaraq 141,2 milyon ABŞ dollarına çatıb.
Hesabat dövründə Böyük Britaniyanın Azərbaycanın ümumi ixracında payı 1,55 %, ümumi idxalında payı isə 3,4 % olub.