Azərbaycanın Böyük Britaniyadakı səfirindən “Guardian”a cavab: “Dağlıq Qarabağ “mübahisəli” bölgə deyil”

Azərbaycanın Böyük Britaniyadakı səfirindən “Guardian”a cavab: “Dağlıq Qarabağ “mübahisəli” bölgə deyil”
SİYASƏT
23:11 01.10.2020
1328
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə Britaniyanın nüfuzlu "Guardian” nəşrinə cavab məktubu ünvanlayıb.

"Dağlıq Qarabağ Azərbaycana məxsusdur” başlıqlı məktubda səfir Tahir Tağızadə bölgədəki son hərbi əməliyyatlara bağlı "Guardian”da 27 sentyabr tarixində nəşr olunan məqaləyə cavab verib.

"27 sentyabr tarixində yayımlanmış "Ermənistan və Azərbaycan arasında mübahisəli region uğrundakı toqquşmalarda azı 16 ölü” başlıqlı məqalənizlə bağlı onu demək istərdim ki, Dağlıq Qarabağ "mübahisəli” bölgə deyil. Bu bölgə Ermənistan tərəfindən Azərbaycanın qonşu yeddi bölgəsi ilə birlikdə beynəlxalq hüququn kobud şəkildə pozularaq işğal edildiyi və etnik təmizlə aparıldığı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. 1993-cü ildə qəbul edilmiş və işğalçı Ermənistan qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edən BMT təhlükəsizlik şurasının dörd qətnaməsi (822, 853, 874, 884) hələ də yerinə yetirilməmiş qalır.

Ermənistan işğal siyasətini möhkəmləndirmək üçün işğal altındakı Azərbaycan torpaqlarında qondarma "Dağlıq Qarabağ Respublikası” (DQR) rejimini qurub. Bu kukla rejimi beynəlxalq ictimaiyyət tərəfindən, habelə Ermənistanın özü tərəfindən də tanınmayıb. Beləliklə, məqalənizdə yazıldığı kimi "Dağlıq Qarabağ hərbi qoşunları” deyə bir şey yoxdur.

Azərbaycan Baş Prokurorluğunun verdiyi məlumata görə, 27 sentyabrda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə atəş açması nəticəsində bir ailənin beş üzvü həyatını itirib. Ermənistan on illərdir davam etdirdiyi işğalçılıq və təcavüz siyasətinin bilavasitə nəticəsi olaraq hərbi əməliyyatların yenidən başlanmasına görə bütün məsuliyyəti daşıyır”, - deyə səfir Tahir Tağızadə öz məktubunda qeyd edib.
 
///APA
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Məktəbli forması diqqətin təhsilə və biliyə yönəlməsinə kömək edir”
15:33 12.10.2026
“Məktəbli forması diqqətin təhsilə və biliyə yönəlməsinə kömək edir”
Azərbaycanla Monqolustan arasında hava əlaqəsi haqqında Saziş təsdiq edilib
15:31 12.10.2026
Azərbaycanla Monqolustan arasında hava əlaqəsi haqqında Saziş təsdiq edilib
“Milli geyimlərimiz, kəlağayımız var” - Təranə Muradova
15:30 12.10.2026
“Milli geyimlərimiz, kəlağayımız var” - Təranə Muradova
Paşinyan: Ermənistanın Aİ-yə üzvlüklə bağlı referendum keçirməsi bu il real deyil
15:27 12.10.2026
Paşinyan: Ermənistanın Aİ-yə üzvlüklə bağlı referendum keçirməsi bu il real deyil
Xoşqədəm Hidayətqızı: “Məktəbdə vahid geyim qaydası var, hamı əməl etməlidir”
15:13 12.10.2026
Xoşqədəm Hidayətqızı: “Məktəbdə vahid geyim qaydası var, hamı əməl etməlidir”
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
15:07 12.10.2026
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto
Son dəqiqə! Məktəb direktorunun maşını yandırıldı - FOTO
15:06 12.10.2026
Son dəqiqə! Məktəb direktorunun maşını yandırıldı - FOTO
Unibank və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib
14:53 12.10.2026
Unibank və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib
Kambocanın Baş naziri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
14:23 12.10.2026
Kambocanın Baş naziri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi
14:13 12.10.2026
Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi
Kambocanın Baş naziri Zəfər parkını ziyarət etdi
14:06 12.10.2026
Kambocanın Baş naziri Zəfər parkını ziyarət etdi
İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib - FOTOLAR
13:56 12.10.2026
İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib - FOTOLAR
“Volkswagen”in satışları kəskin azaldı
13:40 12.10.2026
“Volkswagen”in satışları kəskin azaldı
Vahid məktəbli formasına qarşı çıxışların sifarişi SEPAH-dan gəlib – FOTOFAKT
13:36 12.10.2026
Vahid məktəbli formasına qarşı çıxışların sifarişi SEPAH-dan gəlib – FOTOFAKT
Pensiya artımları ilə bağlı - AÇIQLAMA
13:28 12.10.2026
Pensiya artımları ilə bağlı - AÇIQLAMA
“6-7 yaşlı uşaqlara bunu rəva görmürəm” – Firəngiz Əlizadə
13:16 12.10.2026
“6-7 yaşlı uşaqlara bunu rəva görmürəm” – Firəngiz Əlizadə