Azərbaycanın çimərlik voleybolçuları Latviyada gümüş medal qazanıblar

İDMAN
19:58 09.02.2025
152
Çimərlik voleybolu üzrə kişilərdən ibarət Azərbaycan millisi Latviya açıq çempionatında iştirak edib.

Azərbaycan Voleybol Federasiyasından AZXEBER.COM-a verilən məlumata görə, yarışda ümumilikdə səkkiz komanda mübarizə aparıb. Ölkəmiz açıq çempionatda iki cütlə (Məhəmməd Aslanlı/İbrahim Məmmədov və Heydər Məmmədli/Nəriman Bayramlı) təmsil olunub. Olimpiya sistemi ilə keçirilən turnirdə Azərbaycan komandası uğurla çıxış edərək mükafatçılar sırasında yer alıb. Belə ki, Heydər Məmmədli/Nəriman Bayramlı cütü yarışın gümüş medallarına sahib çıxıblar. Digər təmsilçilərimiz isə (Məhəmməd Aslanlı/İbrahim Məmmədov) dördüncü yeri tutublar.

Qeyd edək ki, fevralın 23-dək Latviyada təlim-məşq toplanışı keçəcək Azərbaycan yığması burada daha bir neçə turnirdə iştirak edəcək.

OXŞAR XƏBƏRLƏR