"Azərbaycanın dəyişməz mövqeyi-ərazi bütövlüyü bərpa edilməlidir"

"Azərbaycanın dəyişməz mövqeyi-ərazi bütövlüyü bərpa edilməlidir"
SİYASƏT
11:12 06.10.2020
529
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin  Ali Baş Komandanı möhtərəm Prezidentimiz cənab İlham Əliyev  "Əl-Cəzirə” televiziya kanalına  verdiyi müsahibədə bir daha beynəlxalq aləmə bəyan etdi ki, bu munaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunmalıdır.

Bildiririk ki,  Ermənistan işğalçı dövlət olduğundan  müharibə istəyir. Onlar torpaqları həmişəlik işğal altında saxlamaq istəyirlər. Həmçinin status-kvonun dəyişməsini istəmirlər və bu da münaqişənin bu qədər uzun çəkməsinin səbəbidir. Əgər Ermənistan iradə göstərsəydi və əsas beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davransaydı, münaqişə uzun illər bundan əvvəl həll edilmiş olardı. Artıq hamıya məlumdur ki, Azərbaycan bütün mövzularda, bütün sahələr üzrə Ermənistandan güclüdür və heç bir halda torpaqları işğalçı ölkəyə güzəştə getməyəcək. 

BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr kağız üzərində qalmaqda bu gün də davam edir. Həll yolunun tapılması üçün vasitəçilik aparmaq məqsədilə Minsk qrupu artıq uzun illərdi ki, fəaliyyət göstərir və heç bir nəticə olmadığı göz qabağəndadır. Bunun əsas səbəbi Ermənistanın mövqeyidir, ikinci səbəb BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına başlamaq üçün vasitəçilər tərəfindən təkid göstərilməməsi və təzyiqin olmamasıdır.
Beynəlxalq hüquq normaları və beynəlxalq təşkilatların qərar və qətnamələri baxımından çox geniş dəstək var. Beynəlxalq ali orqan olan BMT-nin Təhlükəsizlik Şurası Ermənistanın qoşunlarının geri çəkilməsini tələb edən qətnamələr qəbul etmişdir. BMT-nin Baş Assambleyası eynisini edib. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar və başqaları eynisini edib, lakin bu, kifayət etmir və işğalçı dövlət bu tələblərə məhəl qoymur.
Münaqişənin həlli üçün hüquqi çərçivəmiz var. Lakin təcavüzkara kifayət qədər praktiki təzyiq yoxdur. Beləliklə, burada beynəlxalq hüquq və reallıqda baş verənlər arasında ziddiyyət görürük. Ermənistan tərəfindən beynəlxalq hüquqa və normalara açıq şəkildə məhəl qoyulmaması beynəlxalq hüququn işləmədiyinin və ya selektiv üsulla işlədiyinin yaxşı göstəricisidir.
Ölkə Prezidenti cənab İlham Əliyevin söylədiyi:” Dağlıq Qarabağ münaqişəsinin həlli yolları bəllidir. Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bizim ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bütün işğalçı qüvvələr bizim torpaqlarımızdan çıxarılmalıdır” bəyanatı işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajdır. 
Bugün əslində, danışıqlar dayanıb. Çünki Paşinyanın "Qarabağ Ermənistandır” ifadəsindən sonra danışıqlar üçün heç bir imkan qalmayıb. Lakin Minsk qrupunun həmsədrləri Ermənistan hakimiyyətinin yeni olduğunu, ola bilsin emosiyalarına və sözlərinə tam hakim ola bilmədiyi üçün xahiş edərək deyirdilər ki, Azərbaycan daha çox anlayış göstərsin. 
Ermənistanın baş naziri ilkin şərtlər irəli sürüb. Bu da növbəti təxribatdır. Bir neçə ay öncə o, Azərbaycan üçün yeddi ilkin şərt irəli sürmüşdü. Əslində, o, öz gündəliyini Azərbaycana və Minsk qrupuna diktə etmək istəyirdi. Bu ilkin şərtlərdən biri də ondan ibarət idi ki, Azərbaycan "Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalıdır. Bunu təkcə Azərbaycan yox, həm də Minsk qrupu rədd etdi.
Bugün Azərbaycan ordusunun gücü danılmazdır. Azərbaycan tərəfi nə edirsə öz gücü hesabına edir. Ordumuzda kifayət qədər insan var, ehtiyatımızda kifayət qədər insan var. Ehtiyac olacağı təqdirdə ehtiyatda olan on minlərlə adamı cəlb etməyə belə imkanımız  var. Hələlik buna ehtiyac yoxdur. Ermənistanın buna ehtiyacı var, çünki Ermənistan əhalisinin sayı azalır, cəmi 2 milyon nəfərdir. Ona görə də onlar özləri Yaxın Şərqdən muzdluları cəlb edirlər və sübutumuz var, təkcə erməni əsilliləri deyil. Başqa ölkə vətəndaşlarını müzdla ordularına cəlb edirlər. Buna uyğun bəzi kəşfiyyat məlumatları var. Bundan əlavə internetdə videolar var, Yaxın Şərqdən olan insanlar erməni əsgərləri ilə birlikdə oturub, onların formasını geyiniblər, onlarda Ermənistan milli bayrağı var, onlar birlikdə oturub müzakirə aparırlar. Onlar buna görə məsuliyyət daşımalıdırlar.
Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq iqtidarında deyil, bu artıq bir reallıqdır ki, Ermənistanın bügünkü rəhbərliyi ölkəni uçuruma aparır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prinsipial çıxışı 30 ildən artıq müddətdir xalqımızı mərhumiyyətlərə düçar edən üzücü  Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sürətli həllinə inam yaradır. Bu çıxış əsl dövlət adamının, təcrübəli dövlət xadiminin məsələlərə yanaşma tərzinin və baxışlarının sərrast ifadə nümunəsidir.
Azərbaycanın tam haqqı var ki, işğal altında olan torpaqlarımızı istənilən yolla azad etsin hansı ki, bugün şanlı müzəffər ordumuz Ali Baş Komandanımızın rəhbərliyi ilə həmin torpaqları qarış-qarış geri alır, bu da zəfər gününün yaxınlaşdığını deyir.

Naftalan şəhər ziyalısı Möhübbət Bədəlov



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Daxili sabitliyə zərər vurmaq heç bir tərəfə fayda gətirməz” - Mənsum İbrahimov
12:14 12.10.2026
“Daxili sabitliyə zərər vurmaq heç bir tərəfə fayda gətirməz” - Mənsum İbrahimov
“Azərbaycan qadını, azadlığına sahib çıx!”
12:06 12.10.2026
“Azərbaycan qadını, azadlığına sahib çıx!”
İlham Əliyev Kambocaya səfərə dəvət edilib
12:02 12.10.2026
İlham Əliyev Kambocaya səfərə dəvət edilib
İlham Əliyev: Azərbaycan və Kamboca sülhü, təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
11:58 12.10.2026
İlham Əliyev: Azərbaycan və Kamboca sülhü, təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik"
11:57 12.10.2026
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik"
İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər
11:51 12.10.2026
İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər
Prezident Kamboca Baş naziri ilə mina problemini müzakirə edib
11:49 12.10.2026
Prezident Kamboca Baş naziri ilə mina problemini müzakirə edib
Xidmət əməkdaşları Gəncədə şəhid Rabil İsmayılovun ailəsini ziyarət edib
11:47 12.10.2026
Xidmət əməkdaşları Gəncədə şəhid Rabil İsmayılovun ailəsini ziyarət edib
Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
11:45 12.10.2026
Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTOLAR
11:39 12.10.2026
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTOLAR
“120 il keçsə də, bəzi insanlar hələ də cəhalət girdabındadır”
11:38 12.10.2026
“120 il keçsə də, bəzi insanlar hələ də cəhalət girdabındadır”
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır"
11:35 12.10.2026
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır"
"Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"
11:33 12.10.2026
"Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"
İlham Əliyev TDT-nin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşünün iştirakçılarına müraciət ünvanlayıb
11:32 12.10.2026
İlham Əliyev TDT-nin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşünün iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycanda ən yüksək maaşı kimlər alır?
11:22 12.10.2026
Azərbaycanda ən yüksək maaşı kimlər alır?
İlham Əliyev İspaniya Kralını təbrik etdi
11:17 12.10.2026
İlham Əliyev İspaniya Kralını təbrik etdi