"Azərbaycanın dünyada multikulturalizmin əsas mərkəzlərindən biridir" - İlham Əliyev

"Azərbaycanın dünyada multikulturalizmin əsas mərkəzlərindən biridir" - İlham Əliyev
SİYASƏT
13:31 21.11.2014
834
Bakıda mühüm tədbir keçirilir.
Noyabrın 21-də Bakıda Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası işə başlayıb.
AZXEBER.COM AzərTAc-a istinadən bildirir ki, iki gün davam edəcək tədbirin rəsmi açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.
Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası qarşıdakı dövrdə həllini gözləyən bir çox məsələlərin müzakirə olunması və həyata keçirilməsi baxımından mühüm tədbirdir.
Avropa ölkələrinin Milli Olimpiya komitələrinin nümayəndə heyətlərinin, beynəlxalq idman qurumlarının rəhbərlərinin iştirak etdikləri Assambleyada “Olimpiya Oyunları”, “Marketinq və rabitə”, “İdman hamı üçün”, “Olimpiya mədəniyyəti və irsi”, “Tibb və antidopinq”, “İdmanda gender bərabərliyi” və digər mövzularda hesabat məruzələri, o cümlədən ilk Avropa Oyunları barədə məlumat və “Bakı-2015” Əməliyyat Komitəsinin hesabatı da dinləniləcək.
2016-cı il Yay Olimpiya, XXIII Qış Olimpiya oyunlarına və Avropa Yeniyetmələrinin Olimpiya Festivalına hazırlıq işlərinin gedişi ilə bağlı hesabatlar da Assambleyanın gündəliyinə daxildir.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı qarşıladılar.
Dövlətimizin başçısı və xanımı Avropa Olimpiya Komitəsinin rəhbər heyəti ilə görüşdülər.
Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasında çıxış edən Prezident İlham Əliyev tədbirdə iştirak edən qonaqları salamladı.
Qədim tarixi və gözəl mədəniyyəti olan ölkəmizlə tanışlıq üçün bu tədbirin əla fürsət olduğunu dedi. Bildirdi ki, 23 il öncə öz müstəqilliyini bərpa edən Azərbaycan Avropa Olimpiya Komitəsinin üzvü kimi Avropa təsisatlarında fəallığı ilə seçilir. Ölkəmizdə siyasi və demokratik islahatların aparıldığını, bunun da sürətli inkişafa təkan verdiyini deyən dövlətimizin başçısı hazırda Azərbaycanın dünyada multikulturalizmin əsas mərkəzlərindən biri kimi tanındığını vurğuladı.
Prezident İlham Əliyev bildirdi ki, son on ildə sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatı 3 dəfə artıb, yoxsulluq və işsizlik kəskin şəkildə azaldılıb, yeni iş yerləri açılıb və uğurlu iqtisadi islahatlar beynəlxalq maliyyə təşkilatları tərəfindən də qeyd olunub.
“Ölkəmizin enerji təhlükəsizliyi sahəsində oynadığı rol Avropa təsisatları ilə əməkdaşlıqda mühüm əhəmiyyətə malik olacaq”, - deyən Prezident İlham Əliyev Avropa ilə Asiya arasında körpü olan Azərbaycanın dünyada çoxmədəniyyətliliyin mühüm mərkəzlərindən biri kimi tanındığını da diqqətə çatdırdı.
Qeyd etdi ki, beynəlxalq ictimaiyyətin fəal üzvü olan ölkəmizin dünyada mövqeləri güclüdür və iki il ərzində BMT Təhlükəsizlik Şurasına üzv olan, onun sessiyalarına sədrlik edən Azərbaycan dünya tərəfindən dəstəklənir.
Azərbaycanda idmanın və Olimpiya hərəkatının inkişafından da danışan Prezident İlham Əliyev bu sahədə əsas prinsiplərin təşviq olunmasına böyük maraq göstərilən ölkəmizdə son illərdə nəhəng idman infrastrukturunun yaradıldığını diqqətə çatdırdı. Qeyd etdi ki, Azərbaycan atletlərinin beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında qazandığı uğurlar müstəqil ölkəmizin dünyada daha yaxşı tanıdılmasına imkan verir.
Dövlətimizin başçısı 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının yüksək səviyyədə baş tutacağına əminliyini bildirdi. 2016-cı ildə Bakıda Dünya Şahmat Olimpiadasının, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini deyən Prezident İlham Əliyev bunun da ölkəmizin böyük potensialından qaynaqlandığını söylədi.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Azərbaycanda idmana və təhsilə qoyulan sərmayələrin uğurlu nəticələrin əldə olunmasına təkan verdiyini söylədi. O qeyd etdi ki, bunlar həm də idmançıların nailiyyətlər qazanmasına da imkan verir. Tomas Bax əmin olduğunu bildirdi ki, gələn il Bakıda baş tutacaq Avropa Oyunları yüksək səviyyədə keçəcək və Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın təşəbbüsləri bu oyunların uğurlu alınmasına stimul verəcək. Tomas Bax idmanın BMT-nin inkişaf məqsədləri sırasına daxil olunması ilə bağlı danışıqların aparıldığını dedi və idman tədbirləri baxımından gərgin qrafiki ilə seçilən gələn il ərzində hamıya uğurlar arzuladı.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bu Assambleyanın Bakıda yüksək səviyyədə təşkil edildiyinə görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlıq etdi. Bakının füsunkar və gözəl şəhər olduğunu deyən Patrik Hikki əminliyini bildirdi ki, Avropa mühüm tarixi ana yaxınlaşır və bu 43-cü Baş Assambleya həm gələn il keçiriləcək Avropa Oyunlarını, digər tərəfdən Tokio Yay Olimpiya Oyunlarına hazırlıq işlərini müzakirə etmək baxımından mühüm tədbirdir.
Sonra Patrik Hikki Avropa Olimpiya Komitəsinin xatirə hədiyyələrini Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təqdim etdi.
Daha sonra Patrik Hikki idman karyerası ərzində bir çox uğurlara nail olan, dünyada idmanın inkişafında mühüm xidmətlər göstərən, Olimpiya ideallarına sadiqliyi ilə seçilən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxa Avropa Olimpiya Komitəsinin “Şöhrət” medalını təqdim etdi.
Bununla da Baş Assambleyanın rəsmi hissəsi başa çatdı.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
14:09 13.03.2026
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
14:06 13.03.2026
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
13:59 13.03.2026
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
13:57 13.03.2026
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
13:54 13.03.2026
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
13:53 13.03.2026
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
13:44 13.03.2026
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
13:38 13.03.2026
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
13:18 13.03.2026
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
13:13 13.03.2026
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
Bu ailələrə hər ay 422 manat verilir
13:09 13.03.2026
Bu ailələrə hər ay 422 manat verilir
“50 minə yaxın müəllimin ixtisar riski yaranır”
13:07 13.03.2026
“50 minə yaxın müəllimin ixtisar riski yaranır”
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin​” -  Deputatdan təklif
12:51 13.03.2026
“Söküntü zamanı kiçik evlər üçün pul kvadrata görə verilməsin​” - Deputatdan təklif
Raul Ramazanov Vəkillər Kollegiyasından çıxarıldı
12:38 13.03.2026
Raul Ramazanov Vəkillər Kollegiyasından çıxarıldı
Fazil Mustafa: Bakıda güclü yağış yağan kimi Balaxanı-Zabrat gölü yaranır
12:33 13.03.2026
Fazil Mustafa: Bakıda güclü yağış yağan kimi Balaxanı-Zabrat gölü yaranır
Baş nazir quru sərhədlərinin bağlı olmasından danışdı
12:21 13.03.2026
Baş nazir quru sərhədlərinin bağlı olmasından danışdı