Erməni və yunan haker qruplarının yaydığı 83 dövlət saytına uğurlu hücum cəhdləri haqda xəbərlər həqiqətə uyğun deyil.
Bu barədə AZXEBER.COM-a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən bildirilib.
Qeyd olunub ki, gecə saat 1-2 radələrində həmin saytlara DDoS hücum cəhdləri edilsə də, hər birinin qarşısı uğurla alınıb.