“ARAZ fm 103.3”-ün və Xəzər televiziyasının efirində yayımlanan “İmza mən” verilişinin növbəti qonağı əməktar artist Fidan Hacıyeva olub.
AZXEBER.COM-un məlumatına görə, verilişin və layihənin rəhbəri Səxavət Nur əməktar artistə çox maraqlı suallar ünvanlayıb. Bütün suallara səmimi cavab verən Fidan Hacıyeva, daha sonra öz ifaları ilə pərəstişkarlarını sevindirib. Sonda əməktar artist, onlara öz imzalı fotolarını təqdim edib və şəkillər çəkdirib.
Qeyd edək ki, verilişin informasiya dəstəyi AZXEBER.COM xəbər portalıdır.
Ozal İbrahimli