Azərbaycanın əməkdar artisti Moskvadan qayıtdı - FOTOLAR

MAQAZİN
18:43 01.10.2012
1824
Lalə Məmmədova türkoloq-alim Tofiq Məliklinin 70 illik yubiley tədbirinin fəxri qonağı olub.
AZXEBER.COM-un məlumatına görə əməkdar artist Lalə Məmmədova Rusiyanın Moskva şəhərindən səfərdən qayıdıb. Müğənninin mətbuat katibi İlkin Babayevin verdiyi məlumata görə, sənətçi Azərbaycanın Rusiyadakı Səfirliyi, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi və Rusiyada fəaliyyət göstərən “Ocaq” qurumunun təşkil etdiyi türkoloq-alim Tofiq Məliklinin 70 illik yubiley tədbirinin fəxri qonağı olub.Repertuarındakı bir-birindən gözəl mahnıları yubilyar və salona toplaşan soydaşlarımız üçün ifa edən Lalə Məmmədovanın çıxışı böyük rəğbətlə qarşılanıb.Həmin tədbirdən çəkilmiş fotoları sizə təqdim edirik.

OXŞAR XƏBƏRLƏR