Azərbaycanın Əməkdar rəssamı vəfat etdi

MƏDƏNİYYƏT
12:59 04.09.2022
1022
Əməkdar rəssam Asif Azərelli vəfat edib.

Bu barədə APA-ya Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından məlumat verilib.

Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra vəfat edib.

Asif Azərelli 19 iyul 1946-cı ildə Bərdə rayonunda anadan olub.

1970-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib.

1976-cı ildə keçmiş SSRİ-nin Azərbaycan Rəssamlar İttifaqının mükafatına layiq görülüb.

1983-1984-cü illərdə YUNESKO tərəfindən təşkil olunmuş beynəlxalq sərginin iştirakçısı olub.

Görkəmli rəssam daha çox Dədə Qorqud obrazının ən çox qəbul edilən versiyasının yaradıcısı kimi tanınırdı.

Allah rəhmət eləsin!

OXŞAR XƏBƏRLƏR