Azərbaycanın ilk online moda jurnalı olan Modamaniyanın nəzdində fəaliyyət göstərən M. Fashion school tələbələrinin əl işlərinin nümyaşini keçirəcəkdir.
Belə ki, 1 il ərzində yerli peşəkarlar tərəfindən təhsil almış tələbələr öz əl işlərini canlı formada kolleksiyalarını təqdim edəcəklər. Məzun günü tədbiri həmçinin modelyerlərin dəb nümayişi ilə davam edəcəkdir.
Tədbirin keçirilməsində əsas məqsəd 30 məzunun həmin gün öz kolleksiyasını ictimaiyyətə təqdim etməsidir.
Tədbirdə işitrakçılar və qonaqlar
dəb nümayişinin şahidi olacaq, yerli brendlərin pop-up storedən alış-veriş edə, yeni dizaynerləri
kəşf edəcək və həmçinin hədiyyələr qazanacaqlar. Sözü gedən dəb nümayişi 23
Aprel 2017-ci il tarixində Holiday İnn Hotelində keçiriləcəkdir.
Məzun günü ildə 2 dəfə olmaqla keçirlərək və məzunları ictimaiyyətə tanıtmaq
məqsədilə təşkil olunur.
M.Fashion School dizayner olmaq, moda ilə maraqlanan insanların eskiz, ülgü
çıxarma və tikiş, stilistika dərsləri aldığı məkandır.