Azərbaycanın ən çox xarici ticarət əlaqələri bu ölkələrlədir - SİYAHI

Azərbaycanın ən çox xarici ticarət əlaqələri bu ölkələrlədir - SİYAHI
İQTİSADİYYAT
14:07 13.09.2024
427
2024-cü ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 115 ölkəyə məhsul ixrac olunmuş, 157 ölkədən idxal olunub.
 
AZXEBER.COM Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2024-cü ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 26239,4 milyon ABŞ dolları təşkil edib.
 
Ticarət dövriyyəsinin 15446,2 milyon dollarını və ya 58,9 faizini ölkədən ixrac olunmuş məhsulların, 10793,2 milyon dollarını (41,1 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 4653,0 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,3 faiz, real ifadədə 5,0 faiz, o cümlədən idxal 3,0 faiz, ixrac isə 6,1 faiz azalıb.
 
2024-cü ilin yanvar-iyul aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 6,6 faiz, real ifadədə 16,3 faiz azalaraq 1874,7 milyon dollar təşkil etmişdir. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 23,1 faizi İtaliya, 13,5 faizi Türkiyə, 9,6 faizi Rusiya, 7,3 faizi Çin, 4,3 faizi İsrail, 3,2 faizi Almaniya, 2,7 faizi ABŞ, 2,6 faizi Hindistan, 2,4 faizi Çexiya, 2,2 faizi Avstraliya, hər biri 2,0 faiz olmaqla Xorvatiya və Birləşmiş Krallıq, hər biri 1,5 faiz olmaqla Portuqaliya və Yunanıstan, hər biri 1,3 faiz olmaqla Gürcüstan, Bolqarıstan və İran, 1,2 faizi Rumıniya, hər biri 1,0 faiz olmaqla Ukrayna, Tailand və Türkmənistan, hər biri 0,9 faiz olmaqla Belarus və Koreya, 12,2 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.
 
İxracın 36,8 faizini İtaliyaya, 14,5 faizini Türkiyəyə, 7,0 faizini İsrailə, 4,1 faizini Rusiyaya, 3,7 faizini Çexiyaya, 3,6 faizini Hindistana, 3,4 faizini Xorvatiyaya, hər biri 2,5 faiz olmaqla Portuqaliya və Birləşmiş Krallığa, 2,4 faizini Almaniyaya, 2,3 faizini Yunanıstana, 2,0 faizini Bolqarıstana, 1,9 faizini Gürcüstana, 1,8 faizini Rumıniyaya, 1,5 faizini Tailanda, 1,0 faizini Tunisə, hər biri 0,8 faiz olmaqla Niderland və İndoneziyaya, hər biri 0,7 faiz olmaqla Ukrayna, İspaniya və Serbiyaya, 0,6 faizini ABŞ-a, 4,7 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir. Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,2 faiz), Türkiyəyə (18,9 faiz), Gürcüstana (7,2 faiz), ABŞ-a (5,5 faiz), İsveçrəyə (4,2 faiz), Omana (3,5 faiz), Ukraynaya (3,3 faiz), Türkmənistana (2,8 faiz), Qazaxıstana (2,0 faiz), Almaniyaya (1,7 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (1,4 faiz), Belarusa (1,3 faiz), Niderlanda (1,3 faiz), Qırğızıstana (1,2 faiz), İtaliyaya (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,2 faizi Çin, 17,8 faizi Rusiya, 12,0 faizi Türkiyə, 5,7 faizi ABŞ, 5,5 faizi Avstraliya, 4,3 faizi Almaniya, 3,1 faizi İran, 2,7 faizi İtaliya, 2,2 faizi Koreya, 2,1 faizi Belarus, hər biri 1,9 faiz olmaqla Türkmənistan və Yaponiya, hər biri 1,5 faiz olmaqla Ukrayna və Kanada, 1,4 faizi Birləşmiş Krallıq, hər biri 1,2 faiz olmaqla Fransa və Hindistan, 1,0 faizi Braziliya, hər biri 0,9 faiz olmaqla Özbəkistan və Qazaxıstan, 0,8 faizi Polşa, hər biri 0,7 faiz olmaqla İspaniya və Vyetnam, 10,8 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür. 3 2024-cü ilin yanvar-iyul aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən şəkər ixracı 24,2 faiz, tütün – 3,6 dəfə, meyvə və tərəvəz şirələri – 1,1 faiz, meyvə və tərəvəz konservləri – 19,5 faiz, bitki yağları – 4,2 dəfə, marqarin, qida üçün yararlı digər qarışıqlar – 3,0 dəfə, çay – 5,3 faiz, pambıq lifi – 90,5 faiz, mineral gübrələr – 2,3 dəfə, bentonit gili – 10,1 faiz artmış, təzə meyvə ixracı isə 0,5 faiz, təzə tərəvəz - 2,3 faiz, kartof – 32,0 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 32,7 faiz, polipropilen – 25,1 faiz, polietilen – 29,6 faiz, elektrik enerjisi – 66,7 faiz, emal olunmamış alüminium – 18,8 faiz, sement klinkerləri – 7,5 faiz, qara metallardan çubuqlar – 28,3 faiz, pambıq ipliyi – 16,7 faiz, qara metallardan borular – 40,4 faiz azalmışdır. 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 2024-cü ilin yanvar-iyul aylarında təzə meyvə idxalı 32,4 faiz, xam şəkər – 4,0 faiz, bitki yağları – 38,0 faiz, kərə yağı, digər süd yağları və pastaları – 64,7 faiz, unlu qənnadı məmulatları – 14,2 faiz, şokolad və şokolad məhsulları – 17,9 faiz, çay – 15,5 faiz, quş əti və onun əlavə məhsulları – 17,9 faiz, mal əti – 86,7 faiz, təzə tərəvəz – 68,2 faiz, qara metallardan borular – 18,2 faiz, hesablama maşınları, blok və qurğuları – 18,1 faiz, yük avtomobilləri – 26,0 faiz, məişət kondisionerləri – 45,7 faiz, sintetik yuyucu vasitələr – 2,1 faiz, mebellər – 52,4 faiz, qara metallardan çubuqlar – 45,5 faiz, mineral gübrələr – 47,9 faiz, paltaryuyan maşınlar – 6,7 faiz, polipropilen – 29,7 faiz, qara metallardan künclüklər – 1,2 faiz, avtobuslar – 62,5 faiz, sement – 7,5 faiz artmış, buğda idxalı isə 20,3 faiz, kartof – 4,5 faiz, siqaretlər – 71,1 faiz, minik avtomobilləri – 12,6 faiz, dərman vasitələri – 27,6 faiz, polad prokatı – 8,2 faiz, rezin şinlər – 13,2 faiz, polietilen – 7,8 faiz, məişət soyuducuları – 2,4 faiz azalmışdır.
 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mərkəzi Asiyanı qaranlıq bürüdü: Dörd ölkədə elektrik kəsildi
01:56 15.08.2026
Mərkəzi Asiyanı qaranlıq bürüdü: Dörd ölkədə elektrik kəsildi
Hörmüzün açılması üçün şərtləri açıqladı
01:21 15.08.2026
Hörmüzün açılması üçün şərtləri açıqladı
"Tezliklə Hörmüzü ABŞ ərazisi elan edəcəm" - Tramp
00:54 15.08.2026
"Tezliklə Hörmüzü ABŞ ərazisi elan edəcəm" - Tramp
Özünü hər sahədə göstərə bilən bürclər
00:42 15.08.2026
Özünü hər sahədə göstərə bilən bürclər
Kriştianu Ronaldu və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb
00:38 15.08.2026
Kriştianu Ronaldu və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
00:30 15.08.2026
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
"Avroviziya"nın qaydaları dəyişdirildi
00:26 15.08.2026
"Avroviziya"nın qaydaları dəyişdirildi
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü baxımsız halda - VİDEO
00:20 15.08.2026
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü baxımsız halda - VİDEO
FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
00:06 15.08.2026
FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
Bürclər bu günə nə deyir?
00:04 15.08.2026
Bürclər bu günə nə deyir?
Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər
23:52 14.08.2026
Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
23:46 14.08.2026
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı
23:36 14.08.2026
Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” - Foto
23:26 14.08.2026
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” - Foto
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
23:16 14.08.2026
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır
23:06 14.08.2026
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır