"Mektebgushesi.az” portalı "Azərbaycanda ən güclü kollec hansıdır?” sualı ilə respondetlər arasında keçirdiyi sosioloji sorğuya yekun vurub.
AZXEBER.COM xəbər verir ki, virtual səsvermə yolu ilə baş tutan sorğuya
qatılan repondetlər Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan
Dövlət Pedaqoji Kollecini qalib ediblər. Tanınmış təhsil ekspertlərinin
yaxından müşahidə etdiyi sorğuya qatılanların yarıdan çoxu məhz bu kollecə səs
veriblər. Ümumilikdə 8527 respondent arasından 4414-ü bu kollecə etimad göstərib.
Xatırladaq
ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji
Kollecinin əsası ötən əsrin 19-cu ilində qoyulub. Azərbaycanın ən qədim
universiteti – Bakı Dövlət Universiteti ilə eyni ildə təsis olunan kollecin
bugünə qədər onminlərlə tələbəsi olub. Hazırda paytaxtda və regionlarda çalışan
pedaqoqların çoxu məhz bu kollecin yetirməsidir.
Bundan əvvəlki adı M.Ə. Sabir adına Bakı Pedaqoji Texnikumu olmuş kollec sonradan Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci adlandırılıb. Hazırda kollecdə 3000-ə yaxın təhsil alır. 300-ə yaxın heyətin çalışdığı kollecin müəllimləri arasında alimlər, elmlər doktoru, professorlar, elmlər namizədləri də var. Kollecin direktoru təhsil ictimaiyyətinin yaxından tanıdığı, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzovdur. Müasir inkişaf xətti götürən kollec ən müasir dəyərlərə cavab verən sinif otaqları, maddi-texniki avadanlıqlarla təhciz olunub.