Azərbaycanın fövqəladə hallar nazirinin müavini Kahramanmaraşa getdi

Azərbaycanın fövqəladə hallar nazirinin müavini Kahramanmaraşa getdi
SOSİAL
10:59 10.02.2023
171
Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedib.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, o, Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin Kahramanmaraş şəhərində qaldığı ərazidə olub.

Daha sonra E.Mirzəyev təbii fəlakət zamanı dağıntılar olan zonaya baş çəkib.

Qeyd edək ki, Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın FHN-in hazırda 725 nəfərlik heyəti zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətinə cəlb edilib.
OXŞAR XƏBƏRLƏR