“Azərbaycanın güclü olması Türkiyənin güclü olması deməkdir” - TBMM sədri

“Azərbaycanın güclü olması Türkiyənin güclü olması deməkdir” - TBMM sədri
DÜNYA
12:12 12.07.2023
146
Xəbər verdiyimiz kimi Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Azərbaycan səfər edib.
 
AZXEBER.COM xəbər verir ki, parlament sədri səfər çərçivəsində ilk olaraq "Şəhidlər Xiyabanı"nı ziyarət edib.
 
Kurtulmuş şəhidləri dərin ehtiramla yad edib və onların qəbri üzrəinə əklik qoyub.
 
Daha sonra o xiyabanda çıxış edərək açıqlama verib:

"Azərbaycan Türkiyənin qardaşıdır. Hər sahədə gözəl əlaqələrimiz olan bir ölkədir. Türkiyənin Qafqazda Azərbaycanla əlaqələri son dərəcə əhəmiyyətlidir. Azərbaycanın buradakı gücü Türkiyənin öz bölgəsindəki gücü deməkdir. Bu, Türkiyə ilə münasibətlərin yüksək səviyyədə olması deməkdir. Bu il respublikamızın ikinci əsrinə qədəm qoyuruq. Xarici siyasətdə, iqtisadiyyatda, siyasi nizamda çox güclü bir ölkə olaraq Türkiyə dost və qardaş ölkələrlə əl-ələ verib gələcəyə doğru addımlayacaq. Prezidentimizin (Ərdoğan) Vilnüsdə danışıqlar apardığı bir vaxtda KKTC-yə və Azərbaycana səfərimizin bir-birinin ardınca getməsinin başqa mənası var. Türkiyə türk dövlətləri ilə münasibətlərinə də önəm verir".
 
Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin sədri Kurtulmuş Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə, Milli Məclisin sədri Sahibə Qafarova və Baş nazir Əli Əsədovla görüşəcək. Kurtulmuş TÜRKPA Baş Katibliyini də ziyarət edəcək.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR