AZXEBER.COM xəbər verir ki, sentyabr ayının 3-11 arasında , Gürcüstanın Batumi şəhərində, baş tutacaq bəylər və xanımlar arasında keçirilən dünyanın nüfuzlu gözəllik müsabiqələrinden olan “«Miss & Mister Planet» 2016 da , ölkəmizi model Yusif Cəfərli və Anna Qranovskaya təmsil edəcək.
Bu o deməkdir ki, artıq «Miss & Mister Planet» Azerbaijan 2016 titulu ona aiddir. «Miss & Mister Planet» a qatılan modellərimiz hal-hazırda beynəlxalq konkursa ciddi şəkildə hazırlaşır. Hətta təmsilçilərimizin portfoliları ilə tanış olan müsabiqənin dünya üzrə prezdenti Ekaterine Mgaloblishvili də, yüksək qiymətləndirib. Təmsilçilərmiz Yusif Cəfərli və Anna Qranovskaya Müsabiqə üçün özəl olaraq fotoqraf Ratmir Şərifovun obyektivi qarşısına keçdi. Fotosessiya üçün özəl olaraq, iştirakçıların stili ilə tanınmış stilst Avropa Çempionatının finalçısı Lamiya Babayeva məşğul olub.
Yusif Cəfərli - Ali təhsillidir. Hal-hazırda Rusiyada Hüquq üzrə magistratura təhsili alır. Yusif həm də, «Miss & Mister Turkvision » 2016 müsabiqəsinin qalibi, eyni zamanda, bu il ölkəmizi İndenoziyanın Bali və Yava adalarında keçriləcək, «Mister Universal Ambassador» 2016 beynəlxalq model müsabiqəsində ölkəmizi təmsil edəcək. Yaş 23 Boy 185 sm.
Anna Qranovskaya - Ali təhsillidir. Milliyetcə atası Azərbaycanlı anası rusdur. Azərbaycan vətəndaşıdır. Əvvəllər Moskvada model fəaliyyəti ilə məşğul olub. Anna həm də, bu il ölkəmizi Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçriləcək, «Miss Bikini Universe» 2016 beynəlxalq model müsabiqəsində ölkəmizi təmsil edəcək. Yaş 27 Boy 174sm.
Qeyd edək ki, Sentybrın 4 də, Milli Geyim gecəsi təşkil olunacaq. İştirak edən hər bir ölkə, öz milli geyimlərini nümayiş etdirəcək.
Sentyabr ayının 10- da isə İnturist Batumi Hotelində qala gecə keçriləcək.









