Azərbaycan Respublikası və Rusiya Federasiyası Müdafiə nazirlikləri arasında birgə hərbi fəaliyyətlər planına uyğun olaraq Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) "G-121" və "G-129” gözətçi gəmiləri Rusiya Federasiyasında səfərdədir.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, hərbi dənizçilərimiz Rusiya Federasiyasının Xəzər Dəniz Flotilyasının Kaspiysk Limanında təntənəli qarşılanma mərasimi keçirilib.
Qeyd edək ki, Azərbaycan HDQ-nin gəmi və şəxsi heyəti bir sıra tədbirlərdə iştirak edəcək.