Azərbaycanın hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların sayı artıb - FƏRMAN

Azərbaycanın hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların sayı artıb - FƏRMAN
Siyasət
12:01 11.12.2018
4911
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların Siyahısı"nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

AZXEBER.COM AZƏRTAC-a istinadən xəbər verir ki, fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1126; 2016, № 12, maddə 2068; 2017, № 8, maddə 1521) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların Siyahısı"na aşağıdakı məzmunda 7-2-ci və 7-3-cü hissələr əlavə edilsin:

"7-2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

7-3. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi".

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qazaxıstanda iyul ayında itmiş hərbi helikopterin parçaları və meyit tapıldı
13:35 09.08.2025
Qazaxıstanda iyul ayında itmiş hərbi helikopterin parçaları və meyit tapıldı
Fransa Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasını alqışladı
13:25 09.08.2025
Fransa Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasını alqışladı
"Mançester Yunayted"in hücumçusu İtaliyaya qayıda bilər
13:19 09.08.2025
"Mançester Yunayted"in hücumçusu İtaliyaya qayıda bilər
Cəlilabadda çaqqal kənd sakinlərinə hücum etdi - xəsarət alanlar var
12:55 09.08.2025
Cəlilabadda çaqqal kənd sakinlərinə hücum etdi - xəsarət alanlar var
"İlham Əliyev Azərbaycan tarixində daha bir şanlı səhifə açdı, sülh səhifəsi" - Səbuhi Abbasov
12:45 09.08.2025
"İlham Əliyev Azərbaycan tarixində daha bir şanlı səhifə açdı, sülh səhifəsi" - Səbuhi Abbasov
Göyçayda zəlzələ zamanı dağıntı və ya insan xəsarəti olmayıb
12:38 09.08.2025
Göyçayda zəlzələ zamanı dağıntı və ya insan xəsarəti olmayıb
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVA PROQNOZU
12:30 09.08.2025
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVA PROQNOZU
Tailand əsgərləri Kamboca sərhədi yaxınlığında minaya düşüb
12:24 09.08.2025
Tailand əsgərləri Kamboca sərhədi yaxınlığında minaya düşüb
Ağ Evin rəsmi "X" hesabında Donald Trampın İlham Əliyevi qarşılaması ilə bağlı video paylaşılıb
12:19 09.08.2025
Ağ Evin rəsmi "X" hesabında Donald Trampın İlham Əliyevi qarşılaması ilə bağlı video paylaşılıb
Paşinyan Rusiyanı regional kommunikasiyaların açılmasına mane olmaqda ittiham etdi
11:58 09.08.2025
Paşinyan Rusiyanı regional kommunikasiyaların açılmasına mane olmaqda ittiham etdi
"Kuruluş Osman"ın aktyoru ata oldu - FOTO
11:55 09.08.2025
"Kuruluş Osman"ın aktyoru ata oldu - FOTO
Daha bir şəhərdə dəbdəbəli yas mərasimləri ləğv olunur
11:51 09.08.2025
Daha bir şəhərdə dəbdəbəli yas mərasimləri ləğv olunur
Yük maşını sürənlərə - Müraciət
11:48 09.08.2025
Yük maşını sürənlərə - Müraciət
Bakı və Abşeronda külək güclənir - FAKTİKİ HAVA
11:46 09.08.2025
Bakı və Abşeronda külək güclənir - FAKTİKİ HAVA
Niderland XİN rəhbəri Azərbaycan-Ermənistan razılaşmasını təqdir edən bəyanat yayıb
11:41 09.08.2025
Niderland XİN rəhbəri Azərbaycan-Ermənistan razılaşmasını təqdir edən bəyanat yayıb
Zelenski: Ukrayna öz ərazilərindən imtina etmək fikrində deyil
11:39 09.08.2025
Zelenski: Ukrayna öz ərazilərindən imtina etmək fikrində deyil