Azərbaycanın iki rayonunda zəlzələ oldu

Azərbaycanın iki rayonunda zəlzələ oldu
SOSİAL
09:41 20.12.2019
2445
Siyəzən və Bərdədə zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən AZXEBER.COM-a verilən xəbərə görə, gecə saat 03:57-də Altıağac stansiyasından 22 km şimal-şərqdə, Siyəzən ərazisində zəlzələ baş verib.

Zəlzələnin maqnitudası 3.3, dərinliyi 44 km olub. Zəlzələ hiss olunmayıb.

Saat 08:00-da isə Bərdə stansiyasından 8 km cənub-qərbdə, Bərdə ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələnin maqnitidası 3.2, dərinliyi 24 km olub.

Zəlzələ hiss olunmayıb.
OXŞAR XƏBƏRLƏR