Azərbaycanın İrandakı səfiri geri çağırıldı - YENİ TƏYİNAT

Azərbaycanın İrandakı səfiri geri çağırıldı - YENİ TƏYİNAT
SİYASƏT
13:49 07.08.2021
1448
Bünyad Səməd oğlu Hüseynov Azərbaycanın İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Əli Fikrət oğlu Əlizadə Azərbaycanın İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi təyin edilib.
OXŞAR XƏBƏRLƏR