Azərbaycanın işğal altında olan torpaqlarında Ermənistan tərəfindən atəşkəsin pozulması nəticəsində baş verən atışmada 3 erməni silahlısı yaralanıb.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Müdafiə Nazirliyinin Hərbi-Tibbi İdarəsinin rəisi ,polkovnik Kamavor Xaçatryan bildirib.
Məlumata görə, yaralı silahlılardan birinin vəziyyəti ağırdır.
Qeyd edək ki,ötən gecə erməni tərəfin atəşkəsi pozması nəticəsində baş verən atışma zamanı1996-cı ildə anadan olmuş Ayk Samveloviç Minasyan adlı erməni silahlısı zərərsizləşdirilib.