Azərbaycanın işğalda olan 8 kəndinin aqibəti necə olacaq? - Ya özləri tərk edəcəklər, ya da ...

SİYASƏT
12:24 09.10.2023
2501
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Aİ-nin prezidenti Şarl Mişellə telefonla danışıb.

Telefon danışığında ölkə başçısı bəzi mühüm məsələlərə toxunaraq onların həll istiqamətində vacib məqamları vurğulayıb.

Prezident bildirib ki, Qazaxın 7 kəndi hələ də erməni işğalı altındadır.

Bəs bu kəndlərin taleyi necə olacaq? Həmin kəndlərin işğaldan azad edilməsi üçün vacib faktorlar hansılardır?
 
Məsələyə toxunan millət vəkili Arzu Nağıyev AZXEBER.COM-a açıqlamasında bildirib ki, cənab Prezidentin Şarl Mişelə bildirdiyi ən vacib məsələ Azərbaycanın 8 kəndinin erməni işğalında olmasıdır:
 

 

"Azərbaycan Prezidenti Cənab İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə telefon danışığında Qranada danışıqları ilə bağlı fikir mübadiləsi, eyni zamanda müzakirələr aparılıb. Orada əsas məqamlardan biri məhz cənab Prezidentin Şarl Mişelə bildirdiyi Azərbaycanın 8 kəndinin hələ də Ermənistanın işğalı altında olmasıdır. Bəli, bu həqiqətdir. Çünki əsas predmet odur ki, baxmayaraq ki, Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan ərazisinin bütövlüyünü, suverenliyini tanıması ilə bağlı bəyanatla çıxış edib, Qranada görüşündə Azərbaycanın 86.6 min kv kilometr ərazisini tanıdığını bildirib. Həmin o kəndlər - Naxçıvanın Kərki, Qazaxın 7 kəndi 86.6 min kv. kilometr əraziyə daxildir. Lakin bütün bunlara baxmayaraq sözügedən kəndlər hələ də erməni işğalı altındadır".
 
Deputat əlavə edib ki, sözügedən ərazilər Azərbaycana qeyri-şərtsiz qaytarılmalıdır:
 
"Onların bu gün Azərbaycana qaytarılması demək olar ki, gündəmdə belə yoxdur. Əgər ərazi bütövlüyü tanınırsa, bu ərazilər Azərbaycana qeyri-şərtsiz qaytarılmalıdır. Əks-halda bizim həmin əraziləri işğaldan azad etmək imkanımız var. Bu, təbii ki, danışıqlar yolu ilə baş tutsa, çox müsbət bir hal kimi dəyərləndirilə bilər. Yəni, onlar özləri etiraf edir ki, bu torpaqlar Azərbaycan əraziləridir. Əgər belədirsə, əminəm ki, bu ərazilər mütləq ki, boşaldılmalı, orada hər hansı kommunikasiya varsa, təhvil verilməlidir. Bu cür istəklər bizim haqqımızdır, BMT tərəfindən tanınmış ərazi bütövlüyümüzdür. Bu səbəbdən də ermənilər həmin 8 kəndi geri qaytarmalı və həmin əraziləri tərk etməlidirlər".
 
Politoloq Elşad Mirbəşiroğlu da AZXEBER.COM-a açıqlamasında deyib ki, Azərbaycan Prezidenti Şarl Mişellə danışığında  Azərbaycanın bir sıra məsələlərlə bağlı mövqeyini ifadə etdi:
 

 
"Azərbaycan Prezidenti Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı bir daha Azərbaycanın bir sıra məsələlərlə bağlı mövqeyini ifadə etdi. Dövlət başçısının Şarl Mişelin diqqətinə çatdırdığı məqam ondan ibarət oldu ki, Azərbaycanın iştirakı olmadan dördtərəfli bəyanata Azərbaycanın daxil edilməsi doğru yanaşma deyil. Həqiqətən də mütləq şəkildə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsi müzakirələrin predmetidirsə, Azərbaycan da burada iştirak etməlidir. Orada Azərbaycanın iştirakı olmadan dördtərəfli bəyanata Azərbaycanın da daxil edilməsi hesab edirəm ki, siyasi intriqa yaratmaq cəhdidir. Azərbaycanın bu görüşlə bağlı konkret mövqeyi var idi. Bu mövqe də ondan ibarət idi ki, Fransa Azərbaycana qarşı hər zaman qərəzli mövqe tutub. Bu mövqeyinə görə Azərbaycan Qranada görüşündən imtina etdi. Azərbaycan Prezidenti Fransanin ritorikası ilə bağlı iradını da bildirdi".
 
Siyasi şərhçi qeyd edib ki, Fransanın ikiüzlü siyasəti regionda gərginlik yarada bilər:
 
"Fransa bir tərəfdən vasitəçilik etməyə çalışır, digər tərəfdən isə Ermənistanı silahlandırmaqdadır. Prezident İlham Əliyev bildirdi ki, regionda gərginlik yaranarsa, bunun əsas səbəbi Fransa olacaq. Prezident telefon danışığı zamanı Azərbaycanın 8 kəndinin hələ də Ermənistan işğalı altında olduğunu bildirdi. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində addımlar atılırsa, hərşeydən öncə bu kəndlərin də azad olunması çox vacibdir. Bu kəndlər də azad olduqdan sonra ölkəmizin ərazi bütövlüyü tam bərpa olunmuş hesab olunacaq. Düşünürəm ki, Azərbaycan Prezidenti İlham Əliyev Şarl Mişelə fikirlərini çatdırmaqla gələcəkdə müzakirələrin formatı və istiqamətləri ilə bağlı işarələr vermiş oldu və bunlar da çox vacibdir. Çünki Azərbaycanın haqlı mövqelərinə uyğun gəlməyən reallıqların fonunda müzakirələrin aparılması təbii ki, hər hansı bir nəticəyə çıxartmayacaq. Bu baxımdan proseslərin həm də surətli getməsi və Azərbaycanın haqlı maraqlarının qorunması baxımından hesab edirəm ki, ölkə prezidentinin toxunduğu məqamlar çox vacib idi və düşünürəm ki, öz təsirini göstərəcək".
 
Mikayıl Mirzəzadə
 
Yazı Medianın İnkişafı Agentliyinin "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictiamiyyətinə çatdırılması" mövzusunda dərc edilib.
 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb